Qırmızı.az
Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir.
Publika.az xəbər verir ki, bununla əlaqədar ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə saytımızda "Vətəndaşlar üçün" ayrıca bölmə yaradılaraq bütün əlaqə vasitələri, eyni zamanda, qəbul işinin təkmilləşdirilməsi məqsədilə nazirliyin rəhbərliyinin və bütün struktur qurumlarının qəbul günləri yerləşdirilmişdir.
Hazırda pandemiya şəraiti ilə əlaqədar karantin rejiminin davam etməsi nəzərə alınaraq videformatda qəbulların keçirilməsi mütəmadi xarakter almış, vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin dövlət kommunikasiya siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, innovativ yanaşmanın tətbiqini şərtləndirir.
Bununla əlaqədar vətəndaşların müraciətlərinə daha operativ, mütəşəkkil qaydada baxılmasının təmin edilməsi üçün çağrı mərkəzlərinin fəaliyyəti mühüm rol oynayır.
Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi tərəfindən 2011-ci ildən vətəndaş müraciətlərinə təxirəsalınmadan obyektiv baxılaraq zəruri tədbirlər görülməsi, onlara ciddi nəzarət edilməsi ilə bağlı "qaynar xətt"lər yaradılaraq fəaliyyət göstərir.
Ölkə başçısının 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda Ədliyyə Nazirliyinin "qaynar xət"lərin işinin çağrı mərkəzlərinin fəaliyyətinə dair qanunvericiliyin tələblərinə tam uyğun qurulması və "Çağrı Mərkəzi"nin fəaliyyətinin müasir İKT tətbiq olunmaqla təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar müəyyən edilmişdir.
Bununla əlaqədar nazirlikdə fəaliyyət göstərən "qaynar xət"lərin əsasında vahid "Çağrı Mərkəzi"nin yaradılması və müasir İKT-lərin tətbiqi istiqamətində zəruri tədbirlər görülmüşdür.
Belə ki, İP telefoniya texnologiyaları əsasında zəruri proqram texniki infrastruktur formalaşdırılmış, üç rəqəmli (881) vahid telefon nömrəsi əldə edilmiş, əməkdaşlar üçün avtomatlaşdırılmış işçi yerləri quraşdırılmışdır.
Müraciət edənlər barədə asan və tez məlumat almaq, əlavə araşdırma tələb olunan müraciətləri aidiyyəti üzrə ötürmək və cavabları toplamaq işinin operativliyinin təmin edilməsi məqsədilə yeni sistem "Əhalinin dövlət reyestri" və "Elektron sənəd dövriyyəsi" ilə inteqrasiya olunmuşdur.
Eyni zamanda Çağrı Mərkəzində çalışacaq işçilər üçün vəzifə təlimatı hazırlanmış, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların daha çox ünvanladıqları müraciətlərlə bağlı şablon cavab formaları tərtib edilərək müvafiq sistemə yerləşdirilmişdir.
Həmçinin aidiyyəti əməkdaşlarla Ədliyyə Akademiyası tərəfindən stressədavamlılıq və gərgin rejimdə işləmək və digər zəruri peşə bacarıqlarının artırılması ilə bağlı ünsiyyətin növləri, ünsiyyət zamanı tərəf müqabilinə təsir etmənin əhəmiyyəti, şəxsiyyətlərarası qarşılıqlı münasibətlər, konfliktlər və onların həlli metodları, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu qaydaların pozulmasına görə məsuliyyət mövzularında təlimlər keçirilmişdir.
Bildiririk ki, operatorlar "Çağrı Mərkəzi"nə daxil olan zəngləri qəbul edəcək və dərhal cavablandıracaq, müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda aidiyyəti üzrə nazirliyin struktur qurumlarına ötürəcəklər.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...