Qırmızı.az
Dövlətin sosial siyasət kursu davamlıdır - Deputat
“Dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə aparılan sosial siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin iqtisadi gücü artdıqca insanların sosial müdafiəsini gücləndirən tədbirlərin həyata keçirilməsi dairəsi də genişləndirilir. Yola saldığımız 2021-ci il bu baxımdan insanların sosial vəziyyətinin gücləndirilməsi istiqamətində atılan addımlarla yadda qaldı”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, 2021-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına 3000-ə yaxın mənzil verilib, müharibə əlilləri avtomobillərlə təmin olunub, qazilər reabilitasiya üçün dövlət nəzarətinə götürülub, yüksək texnoloji protezlərlə təmin olunublar: “Beləliklə, 10 mindən çox şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillə təmin olunub, 7200 avtomobil verilib və bu proses davam etdirilir. O cümlədən şəhid ailələrinə və müharibə əlillərinə verilən müavinətlər və pensiyaların həcmi artırılıb, müharibə iştirakçıları üçün veteran statusu və bu statusa uyğun ödəniləcək məbləğ müəyyənləşdirilib.
Dövlət başçısının rəhbərliyi altında aparılan sosial siyasətin əhatə dairəsi daha genişdir. Belə ki, dünya bazarlarında ərzaq qiymətlərinin bahalaşmasının ölkə vətəndaşlarına təsirinin minimumlaşdırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2021-ci ilin sonunda Prezidentin sərəncamları ilə böyük sosial paket imzalanıb. Bu sosial paketin tərkib hissəsi olaraq büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əməkhaqları, o cümlədən pensiyalar və müavinətlər artırılıb. Beləliklə, bu sosial paketin icrası üçün dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılıb və bu sərəncamlar 2,1 milyondan çox insanı əhatə edəcək. Dövlətimizin apardığı sosial siyasət kursu davamlıdır və iqtisadi gücümüz artdıqca vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edən addımların atılması da davamlı olacaq”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


