Qırmızı.az
“Şuşa” milli mükafatının təqdimatı oldu
Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə "Şuşa İli"nə həsr olunmuş “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən "EMEDİA GROUP" media təşkilatının rəhbəri Elşən Əliyev Şuşanın xalqımız üçün əziz və əvəzolunmaz bir məkan olduğunu, yetirdiyi böyük şəxsiyyətləri ilə seçildiyini bildirib. O, Vətən müharibəsi dövründə düşmənin alınmaz qala hesab etdiyi Şuşanın əfsanəvi hərbi əməliyyatla xilas edildiyini diqqətə çatdıraraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz gücünü dünyaya göstərdiyini vurğulayıb. Postmüharibə dövründə Şuşada aparılan quruculuq işlərindən bəhs edən E.Əliyev dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli" elan edilməsinin mədəniyyət beşiyimizin bərpa prosesini sürətləndirəcəyini, müxtəlif qurumların Şuşanın dirçəldilməsi istiqamətindəki fəaliyyətlərinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb.
Sonra çıxış edən “Zəfər Təntənəsi” təşkilatının direktoru Vəsilə Qabilqızı 30 ilə yaxın davam edən torpaq həsrətinin 2020-ci ilin payızında 44 gün ərzində başa çatdığını və Şuşanın hərb tarixinin ən mükəmməl döyüşü ilə əsarətdən qurtarıldığını bildirib. O, Şuşanın əvvəlki mədəni həyatına qovuşmaq üzrə olduğunu qeyd edərək, qədim torpağımızda həyata keçirilən layihələrdən və tədbirlədən söhbət açıb.
Daha sonra “Şuşa” milli mükafatının təqdimatı olub. Qazilər, Milli Məclisin deputatları, media nümayəndələri və fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırılıblar.
“Şuşa” milli mükafatına layiq görülənlər ölüm-dirim savaşı günlərində xalqımızın həmrəyliyindən, rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində öz canı, qanı bahasına qarış-qarış qazandığı Qələbədən, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın müxtəlif cəbhələrdə mübarizəsindən, təzyiqlərə rəğmən göstərdiyi müdriklik, qətiyyət və sarsılmaz iradədən, o cümlədən dünyanı heyrətə salan Şuşa döyüşlərindən bəhs edib, hazırda Şuşanın əsl tarixi simasının bərpası istiqamətində görülən işlərdən danışıblar. Təltif olunanlar Şuşaya ayaq basarkən hiss etdikləri duyğuları, keçirdikləri qürur hissini şəhid və qazilərimizə borclu olduqlarını vurğulayıblar, 44 günün qəhrəmanlarına ömür boyu minnətdar olacaqlarını ifadə ediblər.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO










.jpg)



.jpg)




















.jpg)


