Qırmızı.az
Valideynlik hüquqlarından məhrumetmə qaydası DƏYİŞDİ
Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilib.
Publika.az">Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, Ailə Məcəlləsinin 65.5-ci bəndi yeni redaksiyada verilib: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Qeyd edək ki, əvvəllər məhkəmənin valideynlik hüquqlarından məhrumetmə haqqında qətnaməsinin çıxarışı qanuni qüvvəyə mindikdən sonra üç gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına göndərilməliydi.
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi


























.jpg)










