Qırmızı.az
Sınaq imtahanlarına qeydiyyat başa çatır
Qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat bu gün başa çatır İmtahana yazılış 2 fevral saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.
İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)



.jpg)



















.jpg)
.jpg)

