Qırmızı.az
Gənclər Prezident İlham Əliyevə inanır
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk yaratdığı nazirliklərdən biri də məhz Gənclər və İdman Nazirliyi idi. Daha sonra 1996-cı ildə ilk Gənclər Forumu keçirildi və 1997-ci il sərəncamı ilə 2 fevral Gənclər Günü olaraq qeyd edilməyə başlandı. Azərbaycan dövləti gücləndikcə, iqtisadi potensialı artdıqca gənclər, elm və təhsil sahəsinə diqqət artırılıb.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, neft kapitalının insan kapitalına çevrilməsi üçün dövlət proqramları uğurla həyata keçirilib: “Azərbaycan dövləti gənclərinin milli vətənpərvər ruhda yetişməsi, ölkəyə töhfə verməsi üçün əlindən gələni edib. Prezident İlham Əliyevin birbaşa sərəncamı və göstərişi ilə Gənclər Fondu yaradılıb. Bundan sonra gənclər sahəsində böyük irəliləyişlərin şahidi olmuşuq. Fond yaradıldıqdan sonra nəinki gənclər təşkilatları, hətta fərdi olaraq gənclərin ideya və layihələrinin dəstəklənməsi üçün dövlət vəsaiti ayrılıb və onların təşəbbüslərinin reallaşması üçün dövlət qayğısı artırılıb. Bu gün Gənclər Fondu üzərinə düşən işi uğurla həyata keçirir. Gənclər siyasətinin təbliği və gənclərə düzgün çatdırılması ilə bağlı silsilə layihələr reallaşdırılır. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi gənclərin sağlam ruhda böyüməsi, sağlam həyat tərzinə yönəlməsi və bütün sahələrdə uğurla təmsil olunmaları üçün xüsusi missiyasını yerinə yetirməkdədir. Yeni təyin olunan gənclər və idman nazirinin də bu sahədə ümidləri doğruldacağına inanırıq. Düşünürük ki, Prezidentin gənclər siyasəti ilə bağlı həm nazirliyin, həm də fondun üzərinə qoyduğu missiya uğurla həyata keçiriləcək”.
src="/storage/files/upload/cdf77cf6f733d6300a11f5d2cdff6d7d8f87af16.jpg" style="width: 418px; height: 260.553px;" class="fr-fic fr-dib">
N.Həmzəyev qeyd edib ki, Azərbaycan idman ölkəsidir və bütün beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançılar Azərbaycan bayrağını hər zaman ucaldıblar: “Ölkəmiz həm də bir sıra mötəbər idman yarışlarına ev sahibliyi edib. Bütün bunlarla yanaşı, gənclərimiz ən böyük qəhrəmanlıq və şücaətlərini 44 günlük Vətən müharibəsində göstərdilər. Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən, formalaşan gənclər Vətən müharibəsində canı və qanı bahasına torpaqlarımızı işğaldan azad etdilər. Hətta işğalda olan əraziləri görməyən gənclərimiz belə Vətən və torpaq uğrunda böyük qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucaldılar. Bu gün bizim çox sayda gənc qazilərimiz və müharibə veteranlarımız var. Sevinirik ki, Azərbaycan çiçəklənir, inkişaf edir, regionda yeni reallıqlar yaradır. Bütün bu proseslərdə gənclərimiz fəal iştirak edirlər. Gənclər Prezident İlham Əliyevə inanır, onun liderliyi ilə Azərbaycanın daha böyük zəfərlər çalacağına, uğurlar qazanacağına əmindirlər”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



.jpg)






















.jpg)

.jpg)