Qırmızı.az
Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulmuş süni maneələr sökülür - FOTO
Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə Nizami rayonu ərazisində metal dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yol və keçidlərin hərəkət hissəsi, eləcə də su mənbələrinə gedən yolların daraldılması və bağlanması aşkar edilib. Aparılmış qanunamüvafiq tədbirlər nəticəsində operativ nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran sözügedən maneələr aidiyyəti müəssisələr tərəfindən demontaj edilərək ləğv olunur.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (FHN DYNX) əməkdaşı kapitan Nurlan Qədimov bildirib.
FHN rəsmisi qeyd edib ki, belə tədbirlər nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilir: "Bir daha sakinlərdən xahiş edirik ki, xüsusi təyinatlı texnikanın hərəkətinə maneə yaradılmasına yol verməsinlər. Buna yol verənlərlə bağlı nazirlik tərəfindən müvafiq tədbirlər nəzərdə tutulub və protokol, cərimələr təyin olunur. Burada həmçinin digər problemlərdən biri də yol kənarlarında avtomobillərin saxlanması ilə bağlıdır ki, bu da əraziyə FHN xilasediciləri gələn zaman maneələr yaradır və yanğınların qarşısını almaq çətinləşir. Bu kimi hallarla bağlı mənzil-kommunal təsərrüfat birliklərinə, müəyyən instansiyalara xəbərdarlıqlar edilir, göstərişlər verilir".
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm































.jpg)
.jpg)

