Qırmızı.az
Bunu iddia etmək yanlış olar – Eldəniz Vəliyev
“Əgər xidmət varsa, vətəndaşa sərfiyyata görə bildirişlər göndərilirsə, 100 faiz razılıq var deyə belə bir şey ola bilməz. Təbii ki, bunu iddia etmək yanlış olar. Əgər narazılıq varsa, çox ciddi şəkildə araşdırılır, açıqlamalar, izahatlar verilir”.
Publika.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı bəzi abonentlərin artıq sərfiyyatın qeydə alınması iddiası ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bu izahatlara qane olan abonentlərimiz eyni qaydada davam edir. Əks halda, məsələ məhkəmə predmeti olur. Hər bir abonentin məhkəməyə müraciət etmək hüququ var” – deyə şöbə rəisi qeyd edib.
Sayca 12-ci dəfə təşkil olunan aksiyada KİV və QHT nümayəndələrinin sualları Birliyin müvafiq rəhbər şəxsləri tərəfindən cavablandırılıb.
Keçirilən aksiya Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşlara onları maraqlandıran suallara cavab tapmaq imkanı da yaradır.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov ayrı-ayrı regionlardan kəndlərin qazlaşdırılması ilə bağlı sosial şəbəkə üzərindən ünvanlanan suallara aydınlıq gətirib.
“104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək isə yanvar ayı ərzində qazlaşma ilə bağlı Birliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikasını aksiya iştirakçılarının diqqətinə çatdırıb. Aksiya çərçivəsində Birliyin məsul şəxsləri yeni yaşayış massivlərinin qazlaşdırılmasının prosedur qaydaları, cari ildə təbii qazla təmin olunacaq meşə ətrafı kəndlərin sayı və digər məsələlər barədə media və QHT nümayəndələrinə məlumat veriblər.
Şəffaflığın tam təmin edilməsi, abonent məmnunluğunun üstün tutulması onu göstərir ki, Birlik hər zaman yaranan problemlərin həllində maraqlıdır və bu istiqamətdə işlər görür. Bu problemlərin tez bir zamanda aradan qaldırılmasında yardımçı olmaq üçün bütün KİV və QHT nümayəndələri hər həftənin cümə günü təşkil olunan aksiyaya dəvətlidirlər.
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
























.png)












