Qırmızı.az
Pensiyaçılara maddi yardım nə zaman veriləcək? - MƏLUM OLDU
Prezidentin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli Sərəncamına əsasən 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Bu da minimum pensiya alanlar da daxil olmaqla, pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək.
Publika.az">Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 200 manat maddi yardım rüblər üzrə bölünməklə hər rübün 1-ci ayında pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Bu artım və əlavə yardım Prezidentin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli Sərəncamına əsasən yalnız pensiya alanlara şamil olunur, sosial müavinət alanlar nəzərdə tutulmayıb.
200 manat əlavə yardım qulluq stajına görə pensiya alan şəxslərə də şamil olunmur. Lakin dövlət başçısı tərəfindən həmin sərəncamla Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərin 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Bu tapşırıq əsasında artıq Nazirlər Kabineti, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunda iş gedir. Təkliflər verildikdən sonra 1 ay müddətində müvafiq qərar qəbul ediləcək.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)






