Qırmızı.az
Bu ailələrə ŞAD XƏBƏR - Nazir açıqladı
Himayədər ailə modelində ana məqsəd uşaqların sosial xidmət müəssisələrinə düşməsi, ailədə böyüməsidir. Həmin ailələrə dövlətin müvafiq sosial xidmət dəstək mexanizmləri müəyyən edilib və bu mexanizmlər çərçivəsində o ailələrə dətsək veriləcək ki, uşaqlar hansısa sosial xidmət müəssisəinə düşməsin, ailədə böyüsün.
Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əgər himayədar ailə metodu çalışmayacaqsa, uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və həm uşağın övladlığa verilməsi istiqamətində işə başlanılacaq.
“Dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsidir. Burada birincisi uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir.
Valideyini itirmiş və ya valideyin himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticə verəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



.jpg)






















.jpg)

.jpg)