Qırmızı.az
Türk general Publika.az-a təbrik məktubu göndərdi
Ölkənin aparıcı media qurumlarından olan “Teleqraf” Media Qrupun 10 yaşı tamam oldu. 10 il əvvəl Publika.az və Teleqraf.com saytları oxucularının görüşünə gəlib. Bu 10 il ərzində “Teleqraf” ailəsi təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda özünə kifayət qədər oxucu kütləsi toplaya bilib.
“Teleqraf” ailəsinin 10 yaşı münasibəti ilə Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Publika.az-ın redaksiyasına təbrik məktubu göndərib.
Məktubu olduğu kimi təqdim edirik:
“Mən “Teleqraf” Media Qrupun 10-cu ad gününü təbrik edirəm! İnşallah, 20, 30, 50 illik yubileyinizi qeyd edəsiniz. Bu sektorda qalıcı olmağınızı diləyirəm. Bu media quruluşuna daxil olan saytları, media resurslarını mütəmadi olaraq izləyirəm. Ümid edirəm ki, Publika.az">Publika.az portalı və bu qurumda təmsil olunan digər xəbər saytları daha uca zirvələri fəth edəcəklər. Hər zaman hədəflərinin arxasında olacaqlarına inanıram.
Mən 10 ilə yaxındır ki, Azərbaycan mediasını yaxından izləyirəm. Təbii ki, hazırda Azərbaycanda internet mediası sürətli inkişaf yolu keçməkdədir. 44 günlük Vətən müharibəsi dövründə xalqın doğru xəbərlərlə təmin olunması, millətin milli və mənəvi maraqlarına söykənən xəbərlərin istehsal olunması baxımından “Teleqraf” Media Qrupun xidmətləri danılmazdır. Azərbaycan xalqının yüksəlişi, onun milli-mənəvi dəyərlərinin yüksəldilməsi, dövlətə, ölkəyə, xalqa sədaqətlə xidmət yolunda bu media orqanının öz xidmətləri var.
Bu istiqamətdə adıçəkilən media orqanı çox böyük töhfələr verib. Harda xalq, millət və milli-mənəvi dəyərlər, xalqa xidmət gördümsə, “Publika.az”ı, “Teleqraf”ı, "Axar.az"ı da orada gördüm. Təbii ki, xalqı məlumatlandırmaq sosial medianın və digər xəbəryayma vasitələrinin – televiziyanın, saytın, qəzetin, radionun vəzifəsidir, amma bu vəzifəni dövlət, millət, xalq mənafeyini əsas tutaraq həyata keçirməsi “Teleqraf” Media Qrupu digərlərindən fərqləndirir, səciyyələndirir.
Ad gününüz mübarək olsun! 100 yaşayın inşallah!”
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)