Qırmızı.az
2 qazi nazirlikdə vəzifəyə təyin edildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına üstünlük verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bilidirlib ki, bu günlərdə 44 günlük Vətən müharibəsinin daha iki qazisi - Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Nazirliyin tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunub.
Hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Prezident İlham Əliyevin Sərəncamları ilə N.Şixizadə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, C.Bağırov isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.
Ümumilikdə hazırda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq











.jpg)



.jpg)




















