Qırmızı.az
Bu şəxslərdən yeni ödəniş tələb ediləcək - VİDEO
İçməli su istifadə etmək məqsədilə həyətlərində quyu qazıb xüsusi texniki qurğularla su əldə edən vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Bundan başqa, çaylar, göllər və anbarlardakı sudan istifadə edənlər də ödəniş etməli olacaqlar.
Publika.az">Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda bir sıra yeni məsələlər öz əksini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Xəzər Xəbər"ə bildirib ki, bu qaydalar özündə həm təbii mənbələrdən, həm də su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur.
Qaydalara görə, çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən istifadə ilə bağlı vətəndaşlar əvvəlcə nazirliyə müraciət edəcəklər və onların qeydiyyatı aparılacaq. Daha sonra isə bu su mənbələrindən istifadə edən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etməli olacaqlar.
Faiq Mütəllimov deyib ki, həyətlərdə olan quyulardan vətəndaşların istifadə etdiyi suyun həcminə görə limit tətbiq edilməsi nəzərdə tutulur.
Yeraltı su mənbələrindən düzgün istifadəyə görə bütün məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edəcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)