Qırmızı.az
Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçiriləcək
Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi planlaşdırılır.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı sosial şəbəkədə paylaşım edib.
Məsələ ilə bağlı komitə sözçüsündən münasibət öyrənməyə çalışdıq. Vəsilə Vahidqızı saytımıza açıqlamasında bildirdi ki, yaxın vaxtlarda bu barədə rəsmi açıqlama veriləcək:
"Bir neçə günə bununla bağlı rəsmi açıqlama veriləcək. Mənim indi rəsmi açıqlama vermək ixtiyarım yoxdur".
Məsələni araşdırmağa davam etdik. Digər mənbələrdən əldə etdiyimiz məlumata görə, Dünya Azərbaycanlılarının Zəfər Qurultayında iştirak edəcək jurnalistlərin və digərlərinin siyahısını da Diasporla İş üzrə Dövlət Komitəsi hazırlayır.
Hətta əldə etdiyimiz məlumatlara görə, Zəfər Qurultayının işğaldan azad olunan ərazilərimizdə, bir qədər də dəqiqləşdirsək, Şuşa şəhərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bir neçə gün öncə Şuşa şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





