Qırmızı.az
Deputatdan partlayış baş verən gecə klubu ilə bağlı SƏRT İRAD: Tərbiyəsizcəsinə... - VİDEO
Millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova sosial media üzərindən açıq irad ünvanlayıb.
Publika.az">Publika.az xəbər verir ki, deputat binaların zirzəmisi və 1-ci mərtəbəsində gecə klublarının açılmasına icazə verilməsini pisləyib.
“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Təxminən iki il bundan öncə tanınmış həkimlərdən biri başlarına gələn bir hadisəni mənə danışdı. Yaşadıqları Mərdanov qardaşları küçəsində tarixi memarlıq binasının zirzəmisində bir xarici vətandaş gecə klubu açıb. Sakinlər gecə vaxtları ciddi narahatlıq keçirdikləri səbəbindən düz bir il müxtəlif təşkilatlara şikayətlər göndəriblər. Lakin heç bir nəticə olmayıb. Faciə ilə nəticələnən son hadisənin baş verdiyi Gecə klubu ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşirmiş. İndi görün, Binanın sakinləri hansı əzaba düçar olubmuşlar. Gecə Klubları binaların zirzəmisi və birinci mərtəbəsində ola bilməz, yoldaş Eldar Əzizov! Bütün "Tarqovı" və adını çəkdiyim Mərdanov qardaşları küçəsi sanki işğal olunub. İnsanların istirahətini tərbiyəsizcəsinə pozurlar. Səkilər zəbt olunub. Şəhərin ruhunu belə zədələmək olarmı? Kiminsə cibini doldurması insanların narahatlığı hesabına başa gələ bilməz... Tarixi memarlıq binaları ilə vəhşicəsinə davranmaq isə heç olmaz. Həmin binalar şəhərin tarixidir", - deputat sərt irad bildirib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)

























.jpg)

.jpg)