Qırmızı.az
“Palmali”nin növbəti gəmisi şəhid Əli Nəcəfovun adını daşıyacaq
“Palmali”nin növbəti gəmisi şəhid Əli Seyran oğlu Nəcəfovun adını daşıyacaq.
Publika.az xəbər verir ki, 2022-ci il aprel ayının 16-da II Qarabağ müharibəsində şəhid olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə verilərək dünya sularına buraxılacaq.
Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsində olan gəmidə son təmir işləri aparılır. Uzunluğu 140 metr, 17 m genişliyində olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.
Qeyd edək ki, Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin “Maliyyə” fakültəsində "Maliyyə və İqtisadiyyat" ixtisası üzrə ali təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı naminə gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra "Vətən uğrunda" və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz Masallı rayonunun Tüklə kəndində dəfn olunub.
Xatırladaq ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları veriləcək. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.
“General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






