Qırmızı.az
Azərbaycanda orqan köçürülməsi ilə bağlı yeni mərkəz açılacaq
“Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koordinasiya Mərkəzinin ofisində təmir işləri həyata keçirilir. Təxminən iki aya ofisin açılışı olacaq”.
Publika.az xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Etik Komissiyalar da həmin mərkəzdə fəaliyyət göstərəcək: “Bütün detallar ofisin açılışı zamanı bildiriləcək. Mərkəzin əsas məqsədi orqan köçürülməsinə ehtiyacı olan şəxslərin mərkəzləşdirilmiş bazasını yaratmaq, tibbi cəhətdən ədalətli prioritet sıraların qurulması, eləcə də orqan donor bazasının formalaşdırılmasıdır. Əsas mövzu meyit donorları ilə bağlıdır. Bununla bağlı kifayət qədər böyük iş görülür”.
Azərbaycanda beyin ölümü meyarlarının təsdiqləndiyini xatırladan T.Musayev əlavə edib ki, prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri aparılır:
“İnanırıq ki, qısa müddətdə Koordinasiya Mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyət digər qabaqcıl ölkələr kimi bu prosesin tam şəffaf şəkildə icrasını görmüş olacaqlar”.
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO






.jpg)






























