Qırmızı.az
Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışı ilə bağlı fərman imzalayıb. Qaydalara əsasən, satışına yol verilən mənzillərin sayını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edəcək və bu barədə özünün rəsmi internet saytında məlumat verəcək.
Bu mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, keçmiş məcburi köçkünlərə verilən evlərin üstün cəhətlərindən biri də onların çıxarışlarının olmasıdır. Şəhərdən kənarda tikilən yeni mənzillərin qiyməti çox aşağıdır, buna görə də vətəndaşlarımız onlara meyl edir:
“Son illərin nəticəsinə baxsaq, vətəndaşlarımız ümumi qiyməti aşağı olan mənzillərə üstünlük verir. Ümumiyyətlə, məcburi köçkünlər üçün tikilən evlərin bütün kommunikasiya vasitələri var. Bu mənzillər tikilərkən məcburi köçkünlər üçün kompleks şəkildə qurulub. Yəni burada uşaq bağçası, orta məktəb, xəstəxanalar və digər binalar mövcud olur. Digər mənzillərdə bu adıçəkilən dövlət binaları kənarda tikilir”.src="/storage/files/upload/80be00831ca30d56d1564bac62449883a282375d.jpg" style="width: 503px; height: 550.956px;" class="fr-fic fr-dib">
Ekspert vurğulayıb ki, bu mənzillər qısa müddət ərzində satılacaq: “Həmin evlərin hansı formada satılması hələ bəlli deyil. Çünki o mənzillərin çıxarışı varsa, kreditlə almaq mümkündür, amma hələ dəqiq bir məlumat verilməyib. İstənilən halda şəhərdə olan binalar daha qısa müddətdə satılacaq. Bu mənzillərin satışa çıxarılması əmlak bazarındakı qiymətlərə elə də böyük təsir etməyəcək. Ümumiyyətlə, həmin evlər dövlət layihəsi olduğu üçün burada ümumi xərclər azdır. Çünki bu cür tikilən binalara torpaq dövlət tərəfindən pulsuz verilir və digər xərclərdən azad olunur. Yəni buna görə də həmin ərazidə olan digər tikililərlə rəqabət artacaq və cüzi də olsa, qiymət azalması müşahidə olunacaq”.
İqtisadçı Xalid Kərimli isə söyləyib ki, həmin mənzillərin satılması büdcə üçün də sərfəlidir: “Bu mövzuya 3 aspektdən yanaşmaq olar. Bunlardan biri satışdan əldə olunan fondun sosial istiqamətdə, xüsusən də qazi və şəhid ailələrinin problemlərinin həlli üçün yönləndirilməsidir. Bu da sosial ədalət və vətənpərvərlik baxımından olduqca əhəmiyyətlidir. Həm də belə məsələlər üçün əlavə bir fondun yaradılması büdcəni artıq xərclərdən xilas edir. Məcburi köçkünlərə verilən evlərin satışa çıxarılması həm də mənzil bazarına təsir edəcək. src="/storage/files/upload/06504570ab91729e785a74f67d5fb0f332e8f443.jpg" style="width: 508px; height: 301.413px;" class="fr-fic fr-dib">
İstənilən halda o binaların satılması bazarda rəqabət yaradacaq. Bu rəqabət qiymətlərin ucuzlaşmasına təsir edəcək bir amildir. Nəzərə alsaq ki, bu evlərə dövlət tərəfindən müəyyən qiymət qoyulub, bazara təklif olunacaq. Bu, bazara şişirdilmədən yeni bir mənzil fondunun çıxarılması deməkdir. Hazırda mənzil bazarında baş verən proseslər ondan ibarətdir ki, tikinti xərcləri kəskin dərəcədə bahalaşır. Yeni mənzil fondunun yaradılması əlavə təklif deməkdir və təklif artdıqca qiymət aşağı düşür. İstənilən halda bu mənzillərin satışa çıxarılması rəqabəti artıracaq və qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
-
İdman00:35Bu tarix bayramlar sırasına daxil edildi - RƏSMİ
-
Dünya16 Yanvar 23:15Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır
-
Sosial16 Yanvar 22:46Müəllimlərə ŞAD XƏBƏR
-
İKT16 Yanvar 20:48“X”in fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Magazin116 Yanvar 19:50Bakıda yaşayan "Kurtlar Vadisi"nin aktyoru yeni görünüşü ilə diqqət çəkdi - FOTO
-
Elm və təhsil16 Yanvar 19:20MİQ-də iştirakın ödənişli olması ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial16 Yanvar 19:10Azərbaycanda bu işçilərin geyim normalarına dəyişiklik edildi - FOTO
-
Sosial16 Yanvar 18:40Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi









.jpg)























