Qırmızı.az
Şəhid ailələrinin problemləri müzakirə olundu - FOTO
Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində aprelin 13-də dəyirmi masa keçirib.
Publika.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, ictimaiyyət və media nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.src="/storage/files/upload/897c63588c0ae7daa401ba011f855bd4f7f358ed.jpg" style="width: 1060px; height: 706.667px;" class="fr-fic fr-dib fr-fil">Daha sonra Qadın Konsensus Mərkəzinin sədri, “Teleqraf Media Holdinq”in rəhbəri Aynur Camalqızı təşkilatın fəaliyyəti və tədbirin mahiyyəti barədə məlumat verib:
""Qadın Konsensus Mərkəzi" olaraq şəhid ailələrinin sosial problemləri ilə bağlı davamlı olaraq layihələr həyata keçiririk. Bu dəyirmi masa da bu qəbildəndir. Problemləri media üzərindən işıqlandırmaq nöqteyi-nəzərindən bu cür müzakirələrin keçirilməsinə çox böyük ehtiyac var. 44 günlük Vətən müharibəsində 2900-dən çox şəhid verdik. Bütövlükdə, Birinci və İkinci Qarabağ savaşlarında 15 min 800-dən çox şəhid ailələrimiz var. Bunların hər birinin sosial problemi var və dövlətimiz həmin ailələrə kifayət qədər dəstək olmağa çalışır. Bu, o qədər həssas mövzudur ki, o insanların yarasını tamamilə sarımaq çox çətindir. O baxımdan da hər zaman bu ailələrə qarşı çox həssas olmaq lazımdır. Millət vəkilindən tutmuş sadə vətəndaşlara qədər hər birimiz şəhid ailələrinə qayğı göstərməliyik. Bəzən onların dərdləşməyə, həmsöhbət olmağa çox böyük ehtiyacları olur. İstər QHT-lər və jurnalistlər, istərsə də onların seçdiyi deputatlarımız o insanlara qarşı diqqətli və qayğıkeş münasibət göstərməlidir”.
Aynur Camalqızı rəhbəri olduğu "Qadın Konsensus Mərkəzi"nin bu istiqamətdə gördüyü işlər barəsində tədbir içtirakçılarına məlumat verib:
"Biz bu layihəni başlayarkən İşçi Qrupu yaratdıq və bu qrup daxilində iş qrafiki hazırlandı, vəzifə bölgüsü aparıldı və bu layihə çərçivəsində əməkdaşlıq etdiyimiz insanlarla müqavilələr bağlandı. İkinci mərhələdə şəhid ailələrinin ən çox üzləşdiyi problemlər öyrənildi və həmin problemlər sistemləşdirilərək mütəmadi olaraq mediada dərc olunur. Üçüncü mərhələdə isə şəhid ailələri üçün “Teleqraf.com” saytında xüsusi bölmə yaradılıb, saytımız Qarabağ münaqişəsindən və müharibədən zərər çəkən qruplarla bağlı bir neçə ildir ki, müxtəlif layihələr həyata keçirir. Layihə çərçivəsində saytda şəhidlərimiz haqqında ətraflı məlumatlar, onların döyüş yolu, qəhrəmanlıqlarına aid materiallar və şəhid ailələrindən reportajlar verilir. Yekunda biz təkliflər hazırlayacağıq ki, bu təkliflər həm mediada dərc olunacaq, həm də müvafiq dövlət orqanlarına göndəriləcək”.
A.Camalqızı Vətən müharibəsindəki qələbəmizin gələcək nəsillərin yaddaşında əbədi həkk olunması və geniş təbliği məqsədilə Zəfər mövzusunda mədəniyyət və incəsənət əsərlərinin yaradılmaması ilə bağlı aktual bir məsələyə də diqqət çəkdi: “Biz 30 il çox böyük ağrı-acı ilə torpaqlarımızın azad olunmasını gözlədik. 44 günlük böyük savaşı müşahidə etdik, ordumuz rəşadət, cəngavərlik göstərərək torpaqlarımızı işğaldan azad etdi. Amma çox təəssüflər olsun ki, biz bunun qarşılığını, bu zəfərin möhtəşəmliyini və miqyasını lazımı səviyyədə mediada, mədəniyyət sahəsində, incəsənətdə, ədəbiyyatda göstərə bilmirik. Sovet dövründə biz hansı əhval-ruhiyyədə, hansı ideologiyada böyümüşdük, o əsərləri hər birimiz oxumuşuq. “Buz heykəl” əsərini hər kəs xatırlayır. 44 günlük savaşa həsr olunan bu cür hekayələr, şeirlər, romanlar təəssüf ki, yoxdur. Səməd Vurğunun dillər əzbəri olan misraları yoxdur. Bu ideoloji boşluq hiss olunur. Yazıçılar Birliyinin üzvü olub-olmamasından asılı olmayaraq istedadlı yazarlarımız var, Kinomotoqrafiya İttifaqı, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı var, onlar dövlətdən kifayət qədər maliyyə alırlar. Ancaq bunun qarşılığını əsərlərində, filmlərində göstərmirlər. Hələ ki, Azərbaycanın 44 günlük Zəfəri simvollaşmayıb, dastanlaşmayıb. Ancaq buna çox böyük ehtiyac var”.src="/storage/files/upload/d70e63480c5c323a10100d65cdd05aaada0b7b77.jpg" style="width: 1061px; height: 707.333px;" class="fr-fic fr-dib fr-fil">Milli Məclisin deputatı Azər Badamov çıxışında dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətdən danışıb: “Övlad itirmək böyük faciədir, heç bir yardım, diqqət onun yerini verə bilməz. Şəhid ailələrinin övladlarının gördüyü iş böyük tarixdir, zəfərdir. Çünki biz ədalətsiz dünyada yaşayırıq. Torpaqlarımız 30 il işğal altında idi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bütün dünyaya səslənirdik ki, bizim ədalətimizi bərpa edin, Ermənistana təzyiq göstərin və BMT-nin qətnamələrini, ATƏT-in və digər beynəlxalq qurumların qərarlarını icra etsinlər. Ancaq təəssüflər olsun ki, buna heç bir beynəlxalq təşkilat məhəl qoymadı. Qaçqınların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da dəstək verən olmadı. Naxçıvanın blokadada olması ilə bağlı da heç kəs səsini çıxarmadı. Amma təəssüflər olsun ki, Qarabağda qazın kəsilişi ilə bağlı bütün dünya ayağı qalxır. Bizim 44 günlük müharibədə istifadə etdiyimiz Türkiyə istehsalı olan “Bayraqdar”ları “ölüm aparatı” adlandırırdılar və Türkiyəyə istehsal üçün hissələr verən ölkələrə qadağalar qoyulması ilə bağlı çağırışlar edirdilər. Ancaq bu gün Ukraynada müharibə aparan “Bayraqdar”ları “xilaskar mələk” adlandırırlar. Bu cür ədalətsiz dünyada biz haqq işimizi görmüşük, 44 günlük Vətən müharibəsində zəfər qazanmışıq. Bu qələbəni bizə yaşadan şəhidlərimiz, qəhrəman oğullarımız, müharibədə sağlamlıqlarını itirən gənclərimiz və dövlət başçısının uzaqgörən siyasətidir. Şəhid ailələri ən böyük diqqət və qayğıya layiqdirlər.
Dövlətimiz bu istiqamətdə kifayət qədər işlər görüb, şəhid ailələrinin mənzil probleminin həll edilməsi ilə bağlı böyük layihələr icra olunur. Bu günə qədər 12 500-dən çox şəhid ailəsinə mənzil verilib. Təkcə keçən il ərzində 3 000 mənzil verilib, bu il isə 1 500 mənzilin verilməsi nəzərdə tutulur. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə müavinətlər verilir, onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətin dəstək proqramları icra olunur. Yəni dövlətimizin iqtisadi gücü artdıqca, bu istiqamətdə atılan addımların əhatə dairəsi də genişlənir. 44 gün ərzində şəhid olan mərd oğullarımız dünyanın bizə heç bir yardım etmədiyi və bəzi dövlətlərin yuxu kimi gördüyü bir işi görüblər. Artıq bizim bayrağımız Şuşada dalğalanır, Milli Məclisin komitə iclaslarını Şuşada keçiririk. Bu xoşbəxtliyi bizə qazandıran şəhidlərimizdir, mərd oğullarımızdır. Onlar yeni döyüş taktikası ilə bütün dünyanı heyran ediblər. Problemlər mövcuddur, onlar üzə çıxarılmalı, öyrənilməlidir. Hər birimiz əl-ələ verərək bu problemlərin həll edilməsi üçün çalışmalıyıq. Biz də parlament üzvləri olaraq gündəlikdə olan bu problemlərdən xəbərdar olduqca, onları ictimailəşdirək, qanunlar halına salaq və şəhid ailələrinin yanında olaq”.
src="/storage/files/upload/bf6db3742411627784e35066e1c30a7c49d63bcc.jpg" style="width: 1036px; height: 691.026px;" class="fr-fic fr-dib fr-fil">
Millət vəkili Cavid Osmanov bu gün cəmiyyətimiz üçün aktual olan bu cür həssas mövzunu müzakirəyə çıxardığı üçün Aynur Camalqızına təşəkkür edib.
O, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda Azərbaycan oğullarının çox böyük şücaət və qəhrəmanlıq göstərdiyini diqqətə çatdırıb: “Vətən müharibəsində Azərbaycan daha fərqli, daha güclü Azərbaycan idi. İqtisadiyyatımızı, ordumuzu gücləndirməklə paralel olaraq, vətənpərvər gənclərin yetişməsində çox mühüm addımlar atılıb. Nəticədə də 44 günlük müharibədə Azərbaycan dünyanın hərb tarixinə yeni forma gətirdi, həm də ləyaqətli müharibə apardı. Ancaq ermənilər Birinci Qarabağ Müharibəsi zamanı azərbaycanlılara qarşı soyqırımılar, qətliamlar həyata keçirdilər. Bu günə qədər taleyi məlum olmayan 4 minə yaxın soydaşımız var. Bütün bunların fonunda biz nümunəvi müharibə apardıq və bütün dünyaya nə qədər böyük xalq olduğumuzu göstərdik. Bütün şəhidlərimizin qisası 44 günlük müharibədə qəhrəman oğullarımızın şücaəti sayəsində alındı. Biz həm də dünya erməni faşizminə qalib gəldik. Döyüş meydanında əldə etdiyimiz tarixi qələbə ilə heç bir şəhidimizin qanı yerdə qalmadı. Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq bundan sonrakı Azərbaycan üçün ən böyük vətənpərvərlik tarixidir. Onların göstərdiyi qəhrəmanlıq bəlkə də dünya tarixində heç olmayıb. Şuşanın işğaldan azad olunması dünyanın hərbi məktəbləri, alyansları tərəfindən hələ də öyrənilir”.
C.Osmanov şəhid ailələrinə, müharibə əlillərinə Azərbaycan dövləti tərəfindən diqqət və qayğı göstərildiyini əlavə edib: “Bu sahə Prezidentin dövlət strukturları qarşısında qoyduğu ən prioritet vəzifədir. Ötən il Yeni Azərbaycan Partiyasının (YAP) 7-ci Qurultayında partiya sədrimiz partiyanın, o cümlədən dövlət strukturları qarşısında bir nömrəli vəzifə olan məhz bu təbəqədən olan həssas insanların diqqət və qayğı ilə əhatə olunmasını ön plana çəkdi. Görülən işlər onu göstərir ki, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya üçün nümunə olacaq addımlar atır, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı işlər görür. Qazilərimizin sağlıq durumları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə böyük işlər görülür. Qazilərimiz bu gün bir çox xarici ölkələrdə müalicə alırlar. Bütün bunlar Azərbaycan dövlətinin, Prezidentin şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısının nümunəsidir. Biz vəzifələrimizi də kənara qoyaraq, bir vətəndaş kimi hər zaman mənəvi olaraq bu insanların yanında olmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur. Çünki onların da bu gün ən çox ehtiyac duyduqları şey mənəvi dəstəkdir”.src="/storage/files/upload/a379fb1178af06147cab3d9b0016d18687707889.jpg" style="width: 1063px; height: 709.403px;" class="fr-fic fr-dib fr-fil">Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dəyirmi masada təkliflə çıxış edib: “Burada o qədər həssas təbəqədən söhbət gedir ki, biz həyatımızın sonuna qədər bu təbəqədən olan insanlara, onların ailə üzvlərinə fərd, vətəndaş və dövlət olaraq borcluyuq. Bizim borcumuz onların yanında olmaq, təsəlli verməkdirsə, dövlət isə digər vasitələrlə onlara diqqət və qayğısını göstərir. İranda səfərlə olarkən İraq-İran müharibəsi zamanı şəhid olan İran vətəndaşlarına dövlətin hansı formada imtiyazlar tətbiq etməsini müşahidə etdim, orada şəhid ailələrinə diqqət və qayğısı ən yüksək formada idi. Azərbaycan da bu cür həssas təbəqəyə diqqət göstərir. Çox istərdim ki, bu gün burada şəhidlərimizin ailəsini təmsil edən insanlar danışsın. Dövlətin onlara göstərdiyi diqqət və qayğıdan, eyni zamanda hələ də hansı problemlər, çatışmazlıqlar var, biz bunları dinləyək ki, sabah mətbuat, millət vəkili, siyasətçi və hüquq müdafiəçiləri olaraq bu məsələləri qabarda bilək”.
src="/storage/files/upload/f1a32c073fe9a8236afa9060455f7101e755cfdc.jpg" style="width: 1077px; height: 717.269px;" class="fr-fic fr-dib fr-fil">
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında bildirib ki, şəhidlərimizin hər bir əmanəti qəhrəmandır, fədakardır: “Mən bunu Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora xanımın timsalında öyrənmişəm, ondan dərs almışam. Raquf Orucov özü də Şirin Mirzəyevdən dərs alıb. Biz bu ənənəni davam etdiririk. Biz böyük sınaqlardan keçmişik, Murovda, Haramı düzündə yaşamışıq, kəşfiyyatçı xanımı olmuşam, bütün bunlar əqidəmizin möhkəmlənməsinə kömək edib. Şəhidlərimizin ruhu, komandirin mənə açdığı yol, qoyduğu əmanət və Azərbaycan sevgisi bizi bu yolda fədakar olmağa sövq edir. Başqa cür ola da bilməz. Biz işğal görmüşük, Raquf Orucovun anasını ermənilər şəhid edib. R.Orucov və qəhrəman silahdaşları şəhid olandan sonra biz qərara gəldik ki, illərlə şəhid ailələrinə aciz, sədəqə verilən kimi baxılmasın. Bu ailələr ən müqəddəs dəyər daşıyıcılarıdır. Şəhidlərimiz həyatlarını millətin, dövlətin bütövlüyü, azadlığı uğrunda fəda edib. R.Orucovla bərabər şəhid olan polkovnik Vüqar Yusifovun xanımı ilə birgə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaratdıq və ictimai fikri tamamilə dəyişməyə çalışdıq. İstəmədik ki, bizə, övladlarımıza kiminsə yazığı gəlsin, aciz kimi görsünlər. Çünki bizim daşıdığımız dəyərlər daha yüksəkdir. Maddi cəhətdən önəm daşımır, amma mənəvi baxımdan yükümüz ağırdır. Biz elə oğullar yetişdirməliyik ki, itirdiyimiz oğulları əvəz etməsə də, onların yolunu getməyə layiqli nəsil olsunlar. Sosial problemlərdən də qabaq, ilk məqsədimiz gənclər və məktəblilər arasında şəhidlərimizin irsinin öyrənilməsi, qəhrəmanlığının təbliği oldu. Bu ölkədə elə bir təhsil ocağı olmayıb ki, orada bunu təbliğ etməyək. Biz əsasən gənclərə hədəflənmişik”.
Sevin Orucova şəhid xanımlarının təhsili və işlə təmin olunması, eyni zamanda ailə üzvlərinin səhhəti ilə bağlı yaranan problemlərdən də danışdı: “Biz şəhid ailələrini ələ baxmağa öyrədə bilmərik. Şəhid xanımlarına peşə öyrətməliyik, özü qazana, ayaqları üstündə dura bilsin. Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəldi. Onların böyüməsi, cəmiyyətə inteqrasiyası lazımdır. Onlar boynubükük böyüyə bilməzlər. Dövlətdən, məmurdan gözləntilərimiz ayrı, biz cəmiyyət olaraq onların ətrafında elə sıx birləşməliyik ki, onlar o acını, hüznü hiss etməsinlər. Ancaq onlar ömür boyu bunu hiss edəcəklər. Cəmiyyətin ailəyə olan qayğısı, diqqəti, qəhrəman oğlu kimi münasibəti fərqli olmalıdır, yazıq kimi yox. Qəhrəman övladına o ada layiq yanaşılmalıdır. Xəstəliyi olan şəhid övladlarımız çoxdur. Onların arasında autizm sindromlu uşaqlar da var. Bu, tibbi problemdir və davamlı müalicə tələb edir, bir-iki dəfə yardım etməklə onları həyata tutundura bilmərik. Hazırda Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan ailənin tək şəhid övladı COVID-19-a yoluxduqdan sonra immuniteti düşüb və meningit olub. Gəncədən gəlib, ağır vəziyyətdədir, beyin əməliyyatı keçirib. Bütün səhiyyə sistemi ilə birlikdə hamımız bu məsələyə diqqət ayırmalıyıq ki, onu geri qaytaraq. Bu cür xəstə uşaqlarımız çoxdur. Övladını itirdikdən sonra dərd yükündən xəstəliyə tutulan şəhid valideynlərinin sayı artıb. Onları axtarmaq, qapısını döymək lazımdır. Könül istər ki, hamısını bizim birlik həll etsin, amma çatdıra bilmərik. Qonşu, qohum hərə bir dəfə tanıdığı şəhid ailələrinə baş çəkməlidir. Mən o şəhid övladının səhhətini gec bildiyim üçün utandım. Əgər bir məmurun qapısına şəhid ailəsi gəlib nəyisə xahiş edirsə, artıq o məmur gecikmiş məmurdur, demək ki, səlahiyyətlərini düzgün icra etmir. Rayon icra hakimiyyətlərinin tərkibində şəhid ailələri və qazilərlə iş şöbəsi var. Onlar hər bir şəhid ailəsini çox yaxşı tanıyır, nəyə ehtiyacı olduqlarını, hansı xəstəlikdən əziyyət çəkdiklərini çox gözəl bilir. Bunu sadəcə lazımı vaxtda aidiyyəti üzrə ünvanlamaq lazımdır. Əgər vaxtında reaksiya verilmirsə, bu, tamam başqa məsələdir. src="/storage/files/upload/5dd84147e90577298a3305c7b59ba4a86d29c178.jpg" style="width: 1047px; height: 698.754px;" class="fr-fic fr-dib fr-fil">
5 uşağını evdə qoyub müharibəyə gedən zabitlərimiz, 5 övladı olan 10-a yaxın şəhidimiz var. Onlar döyüşüblər, qəhrəmanlıq göstəriblər. 5 uşağından 3-ü autizm xəstəsi olan şəhidimiz var. Biz o şəhid xanımına dəstək olmaqla yanaşı, hətta sosial xidmətçi də verməliyik. Bu, davamlı olmalıdır. Çox yaxşı haldır ki, "Qadın Konsensus Mərkəzi" belə bir məsələni ictimai müzakirəyə çıxarır. Çünki bu, təkcə dövlətin problemi deyil, həm də ictimai yükdür. Yaşayıramsa, ona borcluyam. Sənin övladın qonşunda olan şəhidə, yarası hər gün sızlayan qaziyə görə həyatdadır. “Məndən ötdü, sənə dəydi” prinsipi olmamalıdır”.
S.Orucova Aynur Camalqızının qeyd etdiyi Vətən müharibəsindəki qələbəmizin geniş təbliği mövzusuna toxunub və bildirib ki, müharibədən 2 ilə yaxın müddət keçməyinə baxmayaraq, ədəbiyyat, incəsənət sahəsində savaşa həsr olunan heç bir şey edə bilməmişik: “Biz bu yaxınlarda “4 gündən 44 günə” adlı bədii kompozisiya təşkil etdik. Mövzuya uyğun incəsənət adamlarını biz bu tədbirə dəvət edərkən çox çətinlik çəkdik. O şəxsləri biz sosial əsaslarla tədbirə cəlb edə bilmiriksə, çox geridəyik. Hətta tədbir günü söz verib gəlməyən oldu. Tədbirə gəlmirlər, əsəri necə yazsınlar? Əsəri yazmaq üçün ürək lazımdır. Qəlbi o ağrını, acını hiss etməlidir. Sabir Əhmədi, Xəlil Rza Ulutürkü haradan tapaq?! Ağrı yaşanmalıdır ki, qələmə alınsın. Rey Kərimoğlu yaşadı və “Kod adı: Rey” kitabını yazdı. Mən o kitabı oxuyub sübutları tapıram. Biz 44 günlük savaşı xalq olaraq yaşadıq, bəs niyə yarada bilmirik, ssenari yaza bilmirik və ucuz filmlərə qaçırıq? İranı qeyd etdilər, amma Türkiyə də bu cür mövzulara böyük diqqət ayırır”.
Sevinc Orucova qazi və şəhid ailələrinin işlə təminatı ilə bağlı təkliflər səsləndirib: “Ali təhsilli xanımlarının CV-lərini şirkətlərə göndəririk, xahiş edirəm ki, onları işə götürün. O qadınları təlimlərə cəlb etmişik, hər şeyi də bilirlər. Ancaq işə götürmürlər. Bununla bağlı sərt qaydalar qoymaq lazımdır. Qazi və şəhid ailələrinin işlə təminatı ilə bağlı kvotalar müəyyən edilməlidir”. src="/storage/files/upload/5b5d6fc38897c40e834b23a0059fa07653f1f67f.jpg" style="width: 1050px; height: 700px;" class="fr-fic fr-dib fr-fil">Daha sonra Aynur Camalqızı şəhid xanımlarının işlə təmin olunması məsələsindən danışıb və tədbirdə iştirak edən parlament üzvlərinə Milli Məclisin iclaslarında bu məsələnin qaldırılmasını təklif edib: “Ölkəmizdə olan şirkətlərə bununla bağlı qeyri-rəsmi də olsa kvotalar qoyulsun. Birinci növbədə şəhid ailələrinin üzvləri olan xanımlar işlə təmin olunsunlar”.
Şəhid Allahverdizadə Elnurun atası Əli Həsənov oğlunun keçdiyi döyüş yolundan bəhs edib və bu gün şəhid ailələrinin üzləşdiyi bir sıra problemlərə diqqət çəkib:src="/storage/files/upload/6117e7c01bc6a58c93c3968b01873662606b9d59.jpg" style="width: 1039px; height: 692.667px;" class="fr-fic fr-dib fr-fil">“Birinci Qarabağ Müharibəsində özüm də çox əziyyət çəkmişəm. Heç vaxt deməmişəm ki, oğlum niyə şəhid olub. Biz torpaq istəyirdik, şəhidimiz də olmalı idi. Qardaşımın oğlu da Raquf Orucovun şinelindən çıxmış kəşfiyyatçıdır, necə lazımdır döyüşüb. Bir sıra problemləri qeyd etmək istəyirəm. Dövlət qulluğuna növbədənkənar qəbul var idi, mən növbədənkənar istəmirəm. Növbə ilə də bir sıra problem yaşadıq. Ancaq bizim gözəl, insanlara can yandıran xalqımız var. Şəhidlər xiyabanına gedirəm. Bir nəfər dəsmalı götürür, bütün daşları silir. Səhər yenə gedirik, baxırıq əlində taxta, mişar, bütün daşları düzəldir. Belə insanlarımız da var. Bu gün mən işədüzəltmə də ummuram. Alisavadlı, vətənpərvər ruhda iki övlad böyütmüşdüm, biri torpaq uğrunda şəhid olub. Mən Ağcabədidə məsciddən oğlumun nəşini götürəndə dedim ki, bu, son şəhid olsun, bu gündən sonra heç bir ana ağlamasın, şəhidimiz olmasın. Polkovnik məni qucaqlayıb ağladı. Şəhid ailələrinə adi bir təskinlik lazımdır. Düzdür, ictimai təşkilatlar köməyə gəlir, ərzaq yardımı edirlər. Biz onu götürmürük, deyirik ki, bunu apar bir imkansıza ver, biz çörək tapırıq. Oradan keçəndə məzara bir qərənfil qoy, bu bizə bəsdir. Bizə adi diqqət lazımdır. Bircə arzum var, analar orduya övladlarını gülə-gülə yola salsınlar, göz yaşı ilə yox”.
src="/storage/files/upload/459669134412bd9483014ad3eb59843b653df82f.jpg" style="width: 1035px; height: 690px;" class="fr-fic fr-dib fr-fil">Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu qeyd edib ki, bu gün daha çox cəmiyyət olaraq şəhid ailələrinə, qazilərə münasibətdə düzgün deyilik: “ “Kod adı: Rey” kitabımda 18-19 yaşlı Sənanın şəhid olmasından yazmışam. Onların arzuları var idi. O gənclərin hər birinin şəhid olması sanki mənim yanımda baş verib. 44 günlük müharibədə də mən bunun acısını yaşadım. Vətən müharibəsində biz xalqın böyük dəstəyini hiss etdik. Ancaq bu gün şəhid ailəsinə, qaziyə qarşı hər hansısa bir hörmətsizlik görəndə pis oluram. Bəlkə də heç kəs bilmir ki, o şəhid atasının, anasının oğlu hansı çətin şərtlərdə döyüşüb. Həmin ailələrə təkcə dövlət dəstək olmalı deyil, biz də cəmiyyət olaraq əlimizdən gələn köməyi göstərməliyik. Təbliğatımızı düzgün qurmalıyıq, qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirməliyik, onların şücaəti ilə bağlı kitablar yazmalıyıq”.
src="/storage/files/upload/a26a322343cdaf11fe5a7878407d40573a35d316.jpg" style="width: 1036px; height: 691.319px;" class="fr-fic fr-dib fr-fil">
Beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyev çıxışında müharibə iştirakçılarının psixoloji durumundan danışıb: “Vyetnam sindromu əsl döyüşçüdə yaranır. Müharibə çox şiddətlidir, orada ətrafında bombalar partlayır, döyüşürsən, psixologiyan dəyişir. Belə insanların mülki həyata alışmaları çox çətindir. Düşünürəm ki, cəmiyyətimizdə gənclər arasında döyüşçü ruhunu yaymaq lazımdır. Fikrimcə, yayda oğlanlar üçün hərbi düşərgələr təşkil olunmalıdır. Belə şeylər olarsa, döyüşçülər orada iştirak edərək, onlara hərbi sirləri izah edə bilərlər. Psixoloji xidmətlər verilməli, hərbi klublar yaradılmalıdr. Məsələn, narkotik aludəçilərinin və digər vərdiş sahiblərinin islah olunmaları üçün xaricdə kilsələr nəzdində klublar yaradılıb. Məsələn, dullar, əlillər, veteranlar üçün də belə klublar var, orada dərdlərini danışırlar. Klubların məqsədi fərqlidir. Müəyyən icmalar tərəfindən dəstəkləri olur, sosial tədbirlər keçirilir. Düşünürəm ki, bu işə QHT-lər başlasa çox yaxşı olar. Şəhid və qazi ailəsinin nə problemi olduğu bilinməlidir. Vyetnam sindromundan əziyyət çəkən insanlar mülki həyata alışa bilmirlər. Doğrudur, heç kim qarşılıq üçün döyüşmür. Oğlanlar var ki, döyüşüb şəhid olmaq istəyir. Bu olmayanda özlərini bağışlaya bilmirlər ki, döyüş yoldaşlarım şəhid oldu, mən sağ qaldım. Onları həyata bağlamaq zəif olur. Qardaşım subay idi, 1992-ci il 28 iyunda Ağdərədə şəhid olmuşdu. 30 il keçməsinə baxmayaraq hər il 2 dəfə döyüş yoldaşları xatirəsini yad etməyə gəlirdilər”.
Tanınmış jurnalist, Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Sarabi bildirib ki, şəhid ailələri və qazilərlə bağlı bu cür təbliğatı bütün qurumlarda aparmaq lazımdır: “Mən özüm üçün fəxr hesab edirəm ki, 44 günlük müharibədən sonra Polad Həşimovun, İlqar Mirzəyevin xanımları ilə müsahibələr etmişik. Digər şəhid ailələri ilə də silsilə müsahibələrimiz oldu. Hazırda Mədəniyyat Nazirliyində “Şəhidlər və qazilər” layihəsini davam etdiririk. Layihə çərçivəsində strukturda olan şəhid ailələri və qazilərlər görüşürük. Düşünürəm ki, bütün dövlət qurumları, eyni zamanda özəl şirkətlə bu təcrübədən istifadə etməlidirlər”.
Daha sonra tədbir iştirakçıları səsləndirilən təklifləri, görüləcək işləri müzakirə ediblər.
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO