Qırmızı.az
Baş Prokurorluq MEDİA ilə birgə təlim keçirdi
Prokurorluq orqanları tərəfindən media, vətəndaş cəmiyyəti institutları, ictimaiyyətlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və bu sahədə məsul əməkdaşların peşə vərdişlərinin mütəmadi olaraq təkmilləşdirilməsi əsas vəzifələrdəndir.
Publika.az">Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyası və Bakı Dövlət Universiteti ilə birgə Baş Prokurorluğun Mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirildi.
Cari ilin aprel ayının 12-dən 14-dək davam edən təlimin başlıca məqsədi – müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının təkmilləşdirilməsi, sosial media ilə davranışın müasir tələblərə uyğunlaşdırılması, etik dəyərlərə arxalanan natiqlik qabiliyyətinin artırılması olundu.
Dinləyici qismində 101 prokurorluq işçisi iştirak edən bu təlim üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda qulluq keçən işçilər üçün Elm-Tədris Mərkəzinin inzibati binasında, digər ərazilərdə qulluq keçən işçilər üçün isə internet üzərindən “Zoom” proqramı vasitəsi ilə distant formada canlı vaxt rejimdə həyata keçirildi.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi və Ədliyyə Akademiyasının əməkdaşları, eləcə də Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edildi.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə, təlim çərçivəsində mühazirə, təqdimat və sair formalarda tədris edilən və xüsusi maraq doğuran məşğələlərin elektron mətni dinləyicilərə təqdim olundu.
“Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri də bu tədbirdə müşahidəçi qismində iştirak etdilər.
Təlimin yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, media ilə ünsiyyətdə xüsusi əhəmiyyətli olan mövzuların peşəkarcasına tədrisindən məmnunluqlarını ifadə etdilər.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






