Qırmızı.az
FHN məktəblilərlə tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrində “Mülki müdafiə günü” mövzusunda silsilə tədbirlər keçirdi. Tədbirlərdə məktəblərin müəllim və şagirdləri iştirak etdilər.
Publika.az">Publika.az xəbər verir ki, tədbirlər çərçivəsində keçirilən mülki müdafiə məşğələləri nəzəri və praktiki olmaqla iki hissədən ibarət oldu.
Praktiki hissə zamanı şərti olaraq baş vermiş zəlzələ zamanı müəllim və şagird heyətinin təxliyəsi həyata keçirildi. Həmçinin, məktəbdə şərti olaraq baş verən yanğın ilkin odsöndürən vasitələrlə “söndürülüb”, “xəsarət alanlara ilkin tibbi yardım göstərildi”.
Nəzəri hissə çərçivəsində çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları məşğələ iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, ölkəmiz üçün spesifik olan fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verdi.
Bundan əlavə, tədbirlər çərçivəsində mülki müdafiə gününə həsr olunan "açıq dərs"lər də keçirildi. Dərslərdə şagirdlər zəlzələ, torpaq sürüşməsi, sel və daşqın, yanğınlar, vulkan və s. mövzularda öz biliklərini ifadə etdilər.
İnteraktiv formada keçirilən tədbirlərdə mövzulara dair videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



.jpg)






















.jpg)

.jpg)