Qırmızı.az
Televiziyalara sərt xəbərdarlıq edildi
Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib.
Publika.az-a bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb: "Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı. Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir".
Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaqdır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)