Qırmızı.az
İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR: Gələn aydan etibarən...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur.
Publika.az">Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair keçirilən iclasda bildirib.
Nazir vurğulayıb ki, bu altsistem bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq və rəqəmsal kadr uçotu sisteminin qurulmasını təmin edəcək. Yeni e-platforma həm işəgötürənlər, həm də işçilər, eləcə də işsiz və işaxtaran şəxslər üçün mühüm dəstək olacaq.
S.Babayev bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS məşğulluq xəritəsini, həmçinin məşğulluq reyestrini formalaşdırmağa, elektron birja və elektron peşə təliminə də şərait yaradır.
Qeyd edilib ki, altsistem işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırmaqla, onların bu proqramlara cəlb olunması prosesinin daha operativ təşkilinə imkan verəcək.
Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və s. məsələlərdə də altsistem öz dəstəyini göstərəcək.
İclasda ƏMAS-ın hazırlanması, yeni e-platformanın sınaqdan keçirilməsi işlərinə dair müzakirələr aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



.jpg)






















.jpg)

.jpg)