Qırmızı.az
Media İnkişafı Agentliyi seminar keçirdi
Bakıda media nümayəndələri üçün inklüziv təhsillə bağlı seminar keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, seminar Medianın İnkişafı Agentliyi (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.
RİİB-in əməkdaşı Fərid Süleymanov inklüziv təhsilin inkişafı ilə bağlı son illər ərzində görülən işlərdən danışıb.
O bildirib ki, indiyədək bu istiqamətdə iki böyük layihə həyata keçirilib:
“Bu layihələr keyfiyyətli inklüziv təhsil üçün vacib olan ən mühüm amilləri, yəni kadr hazırlığı, əyani vəsaitlər, dərslik və metodik vəsaitlər, yardımçı texnologiya, elektron resurs bazası, bilik və təcrübənin yayılmasını təmin edən resurs mərkəzləri, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələləri əhatə edib. Əlillik və inklüziv təhsilin əhəmiyyətini vurğulayan maarifləndirmə işləri RİİB tərəfindən həyata keçirilən bütün layihə və tədbirlərin əsas tərkib hissələrindəndir”.
MEDİA-nın əməkdaşı Səbinə Seyidova inklüziv təhsillə bağlı problemlərin mediada işıqlandırılmasına toxunub. O bildirib ki, jurnalistlərin bu məsələləri gündəmdə saxlaması olduqca vacibdir:
"Şagirdlərdən müsahibə almaq onlarda özünəinam yaradır. Təcrübə göstərir ki, bu, onların gələcək həyatlarına da təsir edir. Onlar daha inamlı olurlar".
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


