Qırmızı.az
DİN hesabat verdi - VİDEO
Aprelin 19-da Daxili İşlər Nazirliyində (DİN) mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunan şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda kollegiya iclası keçirilib.
Bu barədə Publika.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Cari ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8 622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb.
Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini nəzərə çatdırıb.
Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis polkovniki Nahid Məmmədzadə və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi
-
Ekologiya08:25
COP29-da 1-ci gün! - VİDEO
-
Magazin206:16
Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi
-
ABŞ04:50
Portağal şirəsi almaq üçün marketə getdi, 250 min dollar qazandı
-
MDB04:20
Putindən iki atom elektrik stansiyası ilə bağlı TAPŞIRIQ
-
Kriminal03:35
Oyun vasitəsilə insanları aldadan məşhur dələduzla bağlı MƏHKƏMƏ QƏRARI
-
Magazin202:43
"Squid game"ə görə 9 dişini çəkdirdi - FOTO