Qırmızı.az
Azərbaycanda internetin sürəti niyə bu qədər zəifdir?
Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i interneti ADSL üzərindən alır. Bu texnologiyanın da sürətli olması üçün yeni infrasturuktura ehtiyac var.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bildirilib.
“ADSL texnologiyasının saniyədə 10 MB yuxarı həddi var. Sabit genişzolaqlı internet xidmətini fiber-optik üzərindən Azərbaycanda 19%, Gürcüstanda 93%, Rusiyada isə 68% istifadəçi alır. İnternetin daha sürətli olması üçün infrastrukturu yeniləmək, lazımi texnologiyalara böyük həcmdə investisiyalar yatırmaq lazımdır. Son bir ildə nazirliyin ən çox diqqət ayırdığı məsələ budur. Nəticə olaraq yaxın vaxtlarda üç şirkət - “Aztelekom”, “Baktelekom” və “Azəronlayn”ın dövlət-özəl tərəfdaşlığı əsasında ən böyük fiber-optik kabelin yenilənməsi və birgə investisiya yatırımı qərarı alınıb”, - nazirlikdən bildirilib.
2021-ci ilin sonunadək 3 şirkət üzrə 436 min ev təsərrüfatının müasir GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasına keçdiyi bildirilib:
”Ümumi mənzərəni “Speedtest” hesabatında da görmək mümkündür. Növbəti ildə isə 420 min ev təsərrüfatı eyni üsulla kabelləşdiriləcək. 2024-ci ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatları internetlə təmin olunacaq. 2021-ci ilin mart ayında ölkədə internetin (downland) sürəti 12,5 Mbit/s olduğu halda 2022-ci ilin mart ayında bu göstərici 21,2 Mbit/s olub. İnternetin minimum sürətinin növbəti illərdə 25 mbps-ə çatdırılması hədəflənir”.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər






.jpg)






.jpg)


















