Qırmızı.az
Azərbaycanda kağız qıtlığı: kitablar bahalaşacaq
Publika.az">Publika.az kağız qıtlığı və kağız məhsulları üzərindən ƏDV-nin qaldırılması ilə bağlı nəşriyyat və yazıçı fikirlərini öyrənib.
Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.
Bəxtiyar Vahabzadə
Şair nə gözəl söyləyib, kitabı nə gözəl qiymətləndirib. Bu qiymət kitabın mənəvi dəyərinin göstəricisidir. Qorxuludur ki, biz maddi maraqlardan dolayı bu mənəvi dəyərdən məhrum qalaq. Kitab hər təbəqə üçün əlçatan olmalıdır. Əlçatanlıq həm də münasiblikdir. Rusiya-Ukrayna müharibəsi bir sıra region ölkələrində, o cümlədən ölkəmizdə kitab sektorunda bahalaşmaya səbəb olur. Azərbaycanın kağız idxalında Rusiya ilə sıx əməkdaşlığı müharibə şəraiti və Avropa ölkələrinin kağızın emalında lazım olan kimyavi maddələrin Rusiyaya göndərilməsindən imtina etdiyinə görə dayanıb. Bu, Azərbaycanda kitabın bahalaşmasına səbəb olan birinci amil olaraq göstərilir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçən ilin noyabrında Vergilər Məcəlləsinə dəyişikliklər edildi. Belə ki, kitab çapı, kağız idxalçıları və kitab satışı ilə məşğul olan müəssisələr 18 faizlik ƏDV-dən azad edildi. İş burasındadır ki, məsələ praktiki olaraq icra olunmur. Bu da vəziyyəti daha da çətinləşirir.
Məsələ ilə bağlı bu problemi ən çox qabardan və kitab mövzusunu daim aktual saxlayan "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. Ondan həm kağız qıtlığı, onların kağız ehtiyyatı, həm də ƏDV ilə bağlı soruşduq.
O bildirdi ki, vəziyyət çətindir:
"Bugünə artıq bizim kağız ehtiyyatımız yoxdur. Biz kağız gətirən firmalardan günlük tələbatımıza uyğun olaraq kağız alırıq. Ancaq bu firmalarda da artıq kağız ehtiyatı tükənmək üzrədir. Hətta bəzilərində artıq tükənib, çox az miqdarda qalıb. Bundan da sui-istifadə edərək kağızı 2000 dollardan yüksək qiymətə satırlar. Xatırladım ki, bu qiymət 1400 dollar idi. Yəni kağızın vəziyyəti sabit ağır olaraq qalır. Bu da kitabın bahalaşmasına səbəb olacaq. Çox təəssüflər olsun ki, ƏDV məsələsində də irəliləmə və yenilik yoxdur. Biz Baş nazir və Dövlət Vergi Xidmətinə müraciət etmişik. Hələ ki, bizə cavab verməyiblər. Biz ƏDV-ni eyni qaydada verməyə davam edirik".
src="/storage/files/upload/d3e0799bf91ce1b02858ebbb1d828afab2005dc3.jpeg" style="width: 461px; height: 461px;" class="fr-fic fr-dib">
Mövzu ilə bağlı yazıçıların da fikri önəmlidir. Görünür indi onlar üçün kitab çıxarmaq daha baha olacaq. Məsələ ilə bağlı yazıçı-jurnalist Vüqar Babazadədən soruşduq.
O, çox təəssüfləndiyini bildirdi:
"Kağız böhranı son dönəmlərdə, əslində, gözlənilən idi. Biz də kağızı xarici ölkələrdən alırıq deyə, bu məsələ bizə ciddi təsir edəcək. Şübhəsiz, Şahbaz bəyin "Kağız azalır, lazımsız kitabları çap etməyəcəyik" fikirini başa düşürəm, amma buna xeyli kədələnirəm. Bizim işimiz kağızladır, biz həyatımızı kağız üstündə qurmuşuq. Kağız olmasa, kağız tapılmasa sanki həyatımızı boş-boşuna yaşamışıq.
Mən hələ ki, yeni romanın üzərində işləyirəm. Nəşriyyata göndərməmişəm. Hələlik, qiymət barəsində mənə heç nə deyilməyib deyə, mən də məlumatsızam. Amma yazıçı dostlar öz kitablarını nəşriyyata veriblər. Ordan-burdan eşitmişəm ki, qiymət qalxıb. Şübhəsiz, belə olmalıdır. Tələb-təklif məsələsidir.
Ümid edirəm ki, kağız "böhran"ı tezliklə bitəcək, yazıçılar rahat şəkildə, qorxmadan rahatlıqla kitablarını çap edəcəklər".
src="/storage/files/upload/63df196e2776e186500d5e345dc56a3c4b65e4b6.jpeg" style="width: 461px; height: 459.463px;" class="fr-fic fr-dib">
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var