Qırmızı.az
Azərbaycanda bu evlər köçürüləcək - RƏSMİ AÇIQLAMA - FOTO
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud şürüşmə zonasında elmi tədqiqat işləri aparıblar.
İnstitutdan Publika.az">Publika.az-a verilən məlumata görə, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər.
Onların bildirdiyinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose yolunun 21-ci km-dən 7,5 km cənubda, avtomobillərin hərəkəti üçün çox əlverişsiz və çətin keçilən yolun üzərində yerləşir: "Sürüşmə Lərmərud kəndinin mərkəzindən keçən küçənin şimal-şərqində yerləşən 30-40 dərəcəlik meylliyə malik yamacda baş verib. Sürüşmə baş verən ərazi qədim sürüşmə zonası olduğundan yerli əhali bura “sürüşən yer” adını verib. Tədqiqatçılar buradakı meşəsizləşmiş dağ yamaclarında 7 köhnə sürüşmə sahəsini qeyd ediblər. Belə sahələrin landşaft-ekoloji vəziyyəti ətraf ərazilərdən dalğavarı və təpəli relyefi ilə fərqlənir. Bu ərazidə sürüşmə landşaftları hələ də aktivliyini qoruyub saxlayır.
Sürüşmə baş verən yamaca söykənən həyətyanı evin arxa tərəfində yamac vaxtılə 2 m hündürlüyündə kəsilib. Buna görə də sürüşmə çatları tədricən yuxarıya doğru yayılıb. 1,2 ha əkin sahəsi yararsız hala düşüb, həyətyanı sahə ev tikililəri ilə birlikdə sürüşmə kütləsinin altında qalıb, 4 iribuynuzlu qaramal və 4 buzov, toyuq-cücə tələf olub. Eyni zamanda, kəndin mərkəzindən keçən yol sıradan çıxıb. Hazırda burada 11 ev sürüşmə riskli ərazidə yerləşir. Onların köçürülməsi qaçılmazdır".
Yardımlı-Cəlilabad yolunda, Telavar-Aruz sahəsində xeyli aktiv sürüşmə sahələrini təyin edən coğrafiyaçılar ərazinin landşaft-ekoloji, geoloji və geomorfoloji cəhətcə aktiv sürüşmə sahəsi kimi fərqləndiyi qeyd ediblər. Alimlər insanların həyat fəaliyyəti üçün risk yaradan sürüşmələrə qarşı ekoloji tarazlığın qorunması, meşə ekosisteminə müdaxilənin azaldılması və nəhayət, bələdiyyə ərazisində irimiqyaslı landşaft planlaşdırılmasının aparılmasının vacibliyini diqqətə çatdırıblar.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO


































