"Azərişıq": "Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğundur"
Bizi izləyin

Qırmızı.az

"Azərişıq": "Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğundur"

"Son illər Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi energetika sahəsinə də göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında özünü büruzə verir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, işğaldan azad edilmiş ərazilər daxil olmaqla, ölkənin müxtəlif regionlarında ən müasir tələblər cavab verən yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri istifadəyə verilir. Ötən gün cənab prezident İlham Əliyevin açılışı etdiyi Şuşa şəhərində qurulan Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğun qurulub".

Publika.az">Publika.az xəbər verir ki, bunu açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev (Aydınoğlu) deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum azad edilmiş ərazilərin elektrik enerjisi infrastrukturunu qurulması bundan sonra da davam etdirəcək: "Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə, Şuşa şəhərində qurulan yeni Dairəvi elektrik təchizat sxemi müasir dərin girişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib.

Yeni dairəvi 35/0,4kV-luq elektrik şəbəkələrinin bur sıra üstünlükləri var. Ənənəvi 35/10kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik veriliş xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır. Elektrik verilişi xəttinin çəkilişi üçün tələb olunan (mühafizə zonası) faydalı torpaq sahəsi dövlət istifadəsində qalır.

İllik elektrik enerjisi fasilələri üzrə beynəlxalq normalar (SAİDİ VƏ SAİFİ), həmçinin müvafiq keyfiyyət indikatorları təmin edilir, texnoloji itkilər kritik minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır. 10-6 kV EVX-nin ləğv edilməsi, ÖİN kabel xətlərinə keçid və şəbəkə budaqlanmalarının ixtisar edilməsi ilə İstehlakçı məmnunluğu daha da artırılır, xidmət keyfiyyəti yaxşılaşdırılır. Xidmət personalı və texniki nəqliyyat vasitələri ixtisar edilir. Bununla yanaşı, 110/35/0,4 kV şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir".

"Azərişıq" sözçüsü bildirib ki, ilk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son istehlakçıya qədər nəzarətdə saxlamaq mümkün olur: "Belə ki, əvvəllər, paylayıcı şəbəkələrdə dispetçer idarə etmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib.

Nəticədə, elektrik enerjisinin alış nöqtəsindən abonent Sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, Elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq, kağız daşıyıcılarından (Hadisələrin qeydiyyatı Jurnalı) Elektron Jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək, tam nəzarətdə saxlanılır.

SK-11 Scada sistemi 0,4 kV şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və ağıllı hesabat sisteminin qurulması ilə abonent məmnunluğu əldə edilir".

V.Mustafayev Şuşada istifadəyə verilən Rəqəmsal İdarəetmə Mərkəzində Azərbaycanda ilk dəfə bəzi yeniliklər imza atılıdğını qeyd edib: "İlk dəfə Şuşa şəhərində tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəemə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir.

Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyasında günəş enerjisi istehsal edən fotovoltaik panellər quraşdırılıb. Günəş panelləri ilə toplanan enerji litium batareyalarla depolanaraq yarımstansiyada qəza halında daxili təlabatın ödənilməsində istifadə olunmaqdadır. Bununla Qəza hallarında yarımstansiyanın daxili təlabatının təmin olunması mümkün olacaq.

Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat təlabatının kompensasiyası üçün Alternativ və bərpa olunan enerji mənbəyindən (mikro-fotovoltaik stansiya) istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin edilib.

Yeni Rəqəmsal 35/0,4kV şəbəkələrin qurulması ilə 48 ədəd ənənəvi TM/KTM yerinə 9 ədəd müasir tipli 35-0,4 kV-luq yarımstansiya tikilib. Tətbiq edilən şəbəkə modelində elektrik veriliş xətlərinin mühafizə zolağı üçün torpaq sahələrinin istifadə edilməsinə ehtiyac yoxdur. Belə ki, açıq xətlər yeraltı kabel xətləri ilə əvəz edilir.

Elektrik təchizat sxemi sadələşdiyi üçün 0,4 kV şəbəkələrdə qəza və enerji keyfiyyətinə nəzarətin idarəedilməsi mümkün olur, bununla da paylayıcı şəbəkələrin saxlanma xərcləri azalır.

35-0,4 kV-luq yarımstansiyalarla qurulan şəbəkələrdə təchizat sxemi sadələşdiyi və birləşmə nöqtələrinin sayı kəskin azaldığı üçün ənənəvi şəbəkələrlə müqayisədə itkilər 50%-dən çox azalır. 35 və 0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarə edilməsi təmin edilib. Şuşa şəhərinin Rəqəmsal İdarəetmə Mərkəzi həm qeyri-mərkəzləşdirilmiş (lokal idarəetmə), həm də mərkəzləşdirilmiş (qlobal idarəetmə) sxemi üzrə fəaliyyət göstərmək imkanlarına malikdir.

Şuşa şəhərinin Rəqəmsal İdarəetmə Mərkəzindən Bakı şəhərində yerləşən 110/35/10 kV Yarımstansiyanın bilavasitə işə salınması, şəbəkə idarəetmə sistemində aparılmış innovativ – təşkilati yenidənqurma işləri nəticəsində mümkün olub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm