Qırmızı.az
“Tabaterra” tanınmış markaların istehsalı ilə bağlı məlumat yaydı
“Tabaterra” QSC 16 noyabr 2018-ci il tarixindən Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi fəaliyyət göstərir. Müəssisəmizdə ümumilikdə 100-dən artıq çeşid olmaqla yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “Imperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.
Bu barədə Publika.az-a “Tabaterra” QSC-dən məlumat verilib.
“Lisenziya əsasında istehsal etdiyimiz beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların fabrikimizə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir.
Bildirmək istərdik ki, qeyd etdiyiniz Sobranie və Winston ticarət markaları Japan Tobacco International şirkətinə məxsusdur. Winston markalı məhsullar şirkətimiz tərəfindən 2019-cu ildən, Sobranie markalı məhsullar isə 2021-ci ildən fabrikimizdə istehsal olunur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edib. Qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan çeşidlər üzrə də xammal təchizatı üçün mənbə artıq təyin olunub və yaxın zamanlarda təchizatçı şirkət tərəfindən tələb olunan xammallar müəssisəmizə göndəriləcək.
Eyni zamanda bildiririk ki, müəssisəmiz tərəfindən istehsal olunan digər çeşidlərin tədarükündə heç bir problem yoxdur və davamlı şəkildə bazara təqdim olunmaqdadır” - məlumatda qeyd olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)