Qırmızı.az
Bu küçə təmir olunur - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 950 metr uzunluğa malik Əşrəf Yunusov küçəsini əsaslı təmir edir.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri çərçivəsində Əşrəf Yunusov küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmiri aparılıb. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yeni səki daşları ilə əvəz edilib. Hazırda küçəyə yeni asfalt-beton örtüyün döşənir. Bu işlər 9 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.
Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə olmaqla icra edilir. Bundan başqa Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də təmir işləri aparılır.
Bu ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12,7 km olan küçə və yolların təmiri nəzərdə tutulub. Agentlik ötən il Sabunçu rayonunda ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
































.jpg)
.jpg)
