Qırmızı.az
Bakıda "Mado"nun yeni filialı açıldı - VİDEO
Bu gün Yasamal rayonunda "Mado" restoranlar şəbəkəsinin daha bir filialının açılış mərasimi keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, açılış mərasimində Türkiyənin səlahiyyətli nümayəndə heyəti, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və "Mado" brendinin qurucusu Mehmet Kanburun iştirakı ilə açılış lenti kəsilib.
"Baku Mall" ticarət mərkəzinin I mərtəbəsində yerləşən restoran əsasən ailəvi istirahət üçün nəzərdə tutulub.
"Mado" brendinin qurucusu, "Mado" Dondurmalar İdarə Heyətinin sədri Mehmet Kanbur "Yeni Müsavat" a açıqlamasında bir sıra məqsədlərindən söz açıb:
"Azərbaycanlılar bizim qardaşlarımızdır. Fərqli bir ölkənin insanları deyilik. Biz iki dövlət bir millətin parçasıyıq. Ziyarətə gəlişimizin səbəbi də budur. Anadoluda bir adət var, "Bizdə bişər, sizə də düşər". Orada bişirdik, sizə də gətirdik. Yardımçı olmaq, Azərbaycanın gücünə güc qatmaq, dəstək olmaq bizim qayəmizdir. Azərbaycanla bərabər 40 ölkədə yerimiz var. Amma Azərbaycanın bizim üçün ayrı bir özəlliyi var. Yalnız ticarət əlaqəsi deyil, həm də bir dost olaraq yanınızdayıq".
Açılış mərasiminin sonunda tədbir iştirakçılarına restoranın təamları da təklif edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)