Qırmızı.az
FHN Bakı Limanı ilə birgə təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb. Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb. Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.
Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.
Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.
Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)