Qırmızı.az
Smart arı yeşiyi, 1 dəqiqəyə işə salınan dron... - Azərbaycan "TEKNOFEST"də - FOTO
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan Milli Elmlər Akademiyası bir neçə şirkətlə təmsil olunur.
Publika.az">Publika.az-ın əməkdaşları festival çərçivəsində AMEA-nın stendi ilə tanış olublar.
AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri Müşfiq Rəsulzadə bildirib ki, akademiyanı təmsil edən şirkətlərin hər biri burada öz məhsullarını nümayiş etdirirlər. Müşfiq Rəsulzadə qeyd edib ki, yaxın vaxtlarda YTP-də led lampaların istehsalı gözlənilir.
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yeni inkubator-rezidenti olan "Troniq" şirkəti ultrabənövşəyi dezinfektor robot nümayiş etdirir. Bu robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işləri aparmaq imkanına malikdir.
"Troniq" şirkətinin texniki direktoru Rüstəm Ələkbərovun sözlərinə görə, bu robotların əsas funksiyası ərazidə olan bakteriyaların və digər canlı hüceyrələrin məhv edilməsidir: "Bunun üçün robot ərazidə ozon təbəqəsi yaradır. Əsas fəaliyyətində bütün prosesi tamamilə avtomatlaşmış vəziyyətdə yerinə yetirir. Hazırda bunun yeni versiyaları hazırlanır. Üzərində olan hissənin ayrılması və dəyişdirilməsi sayəsində robot həmçinin, yükdaşıma, kran funksiyalarını yerinə yetirir və bununla bağlı bir sıra yenilənmələr aparılır".
AMEA-nın "BEYT" MMC şirkəti isə stenddə "smart" arı yeşiyi ilə təmsil olunur. Sistem uzaqdan idarəetmə vasitəsilə arı yeşiyinin içərisindəki mövcud vəziyyəti və digər məlumatları məsafədən yönləndirir.
Yüksək Texnologiyalar Parkının direktor müşaviri deyib ki, AMEA-nın Elm və Texnologiya Parkı kənd təsərrüfatı təyinatlı dronlarını nümayiş etdirir. "Proline" şirkəti isə texnologiya parkının ərazisində avtomobillər üçün nanotexnoloji kimyəvi məhsulları sərgiləyib. AMEA-nın Təcrübə-Sənaye Zavodunun məhsulları transmissiya yağları, hidrolik yağlar, mühərrik yağları, antifriz və aqrosektorda, tikinti sahəsində və sənayedə istifadə olunan mühərrik və sürtgü yağlarından ibarətdir.
“Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov festivalda nümayiş etdirilən "Şahin" pilotsuz uçuş aparatı (PUA) modelinin xüsusiyyətlərindən bəhs edib. "Şahin" modeli özümüz tərəfindən hazırlanıb, sınaq uçuşu həyata keçirilib.
"Şahin"in hazırlanmasında məqsəd onun bu formada qalması deyil. Bu, sadəcə nümunədir. Nümunə üzərində işlədikdən sonra proqram təminatını özümüz hazırlamaq niyyətindəyik.
Digər dronumuz isə NF-010AzPUA-dır. Bu, kənd təsərrüfatında istifadə, müşahidə üçün nəzərdə tutulub. Dron üzərinə multispektral kamera yerləşdirilib, bununla əkin sahələri skaner olunur. Alınan məlumatlar xüsusi proqram təminatında emal olunur. Kənd təsərrüfatında bitki örtüyünün vəziyyəti, torpaq haqqında bəzi məlumatlar, azot xəritəsini hazırlayır. Spekterda oxuna bilən, kənd təsərrüfatı üçün maraqlı olan məlumatlar bildirilir və emal olunur.
Digər layihəmiz isə GÖZ-N1 layihəsidir. Dron kiçikhəcmlidir. Bunun daşınması və istifadəsi çox rahatdır. İdarəetmə qutunun qapaq hissəsində olacaq. Bu, əsasən güc strukturlarında istifadə üçün nəzərdə tutulub, daha çox kimisə izləmə xarakterlidir. Bu dronu 1 dəqiqəyə işə salmaq mümkündür".
Layihə rəhbəri Nadir Babaxanov əlavə edib ki, "Şahin" 3 aya hazırlanıb: "Digərləri isə 1 aya hazırlanıb. Qurumlar tərəfindən sifarişlər olduqca dronlar hazırlayırıq. Adətən kənd təsərrüfatı sahəsində təlabat çoxdur".
Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Bu gün başlayan festival mayın 29-una qədər davam edəcək. Festivalda iştirak üçün 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...