Bu tədbirlərin uğurla həyata keçirilməsi qürur hissi doğurur - RƏY
Bizi izləyin

Qırmızı.az

Bu tədbirlərin uğurla həyata keçirilməsi qürur hissi doğurur - RƏY

Düşmən üzərində tarixi qələbə, xalqın ruh yüksəkliyi, iqtisadi-sosial həyatda qazanılan uğurlar və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu unudulmaz tarixdir. Pandemiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi və geniş miqyaslı vaksinasiyanın həyata keçirilməsi, neftin dünya bazarında qiymətinin artması, milli iqtisadiyyatımızın bərpa edilərək start götürməsi ötən ilin uğurlarından sayılmalıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, məhz belə bir şəraitdə dövlət büdcəsi müvəffəqiyyətlə 96.1 faiz icra olunub: “İqtisadi inkişaf, büdcənin formalaşması və uğurla icra edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin və müvafiq orqanların bu sahədə həyata keçirdikləri tədbirlərin, peşəkarlığın nəticəsi kimi qiymətləndirilməlidir. Ölkənin müdafiə, milli təhlükəsizlik, sosial xərclərinə ayrılan vəsaitlərin hər il artırılması və bunun uğurla icra olunması hər bir vətəndaşın ürəyindəndir. 2021-ci ilin büdcə xərclərində də bu öz əksini tapıb. Ötən ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılan vəsait və ondan səmərəli istifadə olunması da məqbul hesab edilməlidir. Son beş ildə kənd təsərrüfatı xərclərinin 1.8 dəfə artırılması bu sahəyə göstərilən qayğı və diqqətin nəticəsidir. Aqrar sahənin inkişafında mühüm əhəmiyyətə malik olan su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma suyuna olan tələbatın ödənilməsinə, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, subartezian quyularının saxlanılmasına və digər tədbirlərin həyata keçirilməsinə ayrılan büdcə vəsaitinin hər il artırılması və bunun məqsədə uyğun xərclənməsi kənd təsərrüfatı məhsullarının istehsalının artımına imkan yaradıb.

T.Rzayev vurğulayıb ki, 2021-ci ilin dövlət büdcəsindən 400,6 milyon manat vəsaitin su təsərrüfatının yaxşılaşdırılmasına yönləndirilməsi və məqsədyönlü sərf edilməsi müsbət haldır: “Qanun layihəsində göstərdiyi kimi Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454.8 milyon manat və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılıb, 467.5 milyon manat məbləğində vəsaitin 97.3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52.2 milyon manat və ya 13.0 faiz çoxdur. Artıq 2021-ci ilin büdcəsi icra olunub. 2022-ci ilin dövlət büdcəsi icra edilir. Büdcə vəsaitinin müəyyən hissəsinin işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilməsi və bu tədbirlərin uğurla həyata keçirilməsi hər kəsdə qürur hissi doğurur. Bu gün Böyük Qayıdışa qədəm qoyulur. Dağılmış şəhər və kəndlərimiz artıq bərpa edilir və sakinlər doğma yurd-yuvalarına qayıdırlar. Bu, ölkəmizin gündən-günə artan iqtisadi qüdrətindən və gələcək böyük uğurlarımızdan xəbər verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm