Qırmızı.az
Sabah Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək
Sabah Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.
Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçiriləcək tədbir saat 15:00-dan 18:00-dək davam edəcək. Əraziyə giriş sərbəst olacaq. Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə biləcək.
Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünəcək. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil ediləcək, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim ediləcək. Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biləcəklər. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanacaqlar. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılacaq.
Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edəcək. Art zona, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadacaq. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.
Beləliklə, sabah Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına veriləcək və unudulmaz bayram sevinci yaşanacaq.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ

































