Qırmızı.az
Milli parklarda “açıq qapı” günü keçiriləcək - Bu tarixdə...
5 iyun “Ümumdünya Ətraf Mühit Günü”dür.
Publika.az">Publika.az xəbər verir ki, “Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar iyunun 5-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.
Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, 1972-ci ildən başlayaraq hər il iyunun 5-i bütün dünyada “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.
“Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə və ekoloji məsələlərə yönəltməklə təbiəti qorumağın vacibliyini vurğulamaqdır”.
S.Məmmədova qeyd edib ki, hər il 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə olunması, sudan səmərəli istifadə və bu kimi digər maarifləndirici tədbirlər həyata keçirilir.
“Çox sevindiricidir ki, ölkəmizdə təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictima qınaq formalaşır, insanlar artıq laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər”.
S.Məmmədova bildirib ki, bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət edə və füsunkar təbiət ərazilərində səmərəli gün keçirə bilərlər.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)



.jpg)



















.jpg)
.jpg)

