Qırmızı.az
Sübuta yetirsəm, 100 faiz “Nobel” alacağam – Sərdar Cəlaloğlu
“Bilirsiniz, bu “Nobel” siz başa düşdüyünüz kimi bir o qədər də oyun-oyuncaq deyil. Mən indiyə qədər “Nobel”ə iki dəfə müraciət etmişəm. Onlardan biri “Kosmik dəyişmələr haqqında nəzəriyyə” idi. Bu nəzəriyyənin əsasını Yerdə vulkanın, zəlzələnin niyə baş verməsi, Günəşin niyə partlaması, kainatda niyə hər şeyin kiçilməyə doğru getməsi təşkil edir. Bu nəzəriyyəm birinci dəfədən gizli səsverməyə gedib. Amma fizika ilə bağlı “Nobel” mükafatlarının verilməsində belə bir prinsip var ki, nəzəriyyələr praktikada təsdiq ediləndən sonra qiymət alırlar. Çox nadir hallarda birbaşa nəzəriyyələrə “Nobel” veriblər”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
“İkinci nəzəriyyəm maddənin beşinci halı haqqındadır. Bu da hipotetik, yəni nəzəri bir məsələdir. Mənim Azərbaycanda onu praktikadan keçirmək üçün elə bir laboratoriyam yoxdur. Orada həm də mən kürəvari ildırımın əmələ gəlməsini izah etmişəm. Eləcə də bu vaxta qədər elmdə cavabı tapılmamış bir çox suallara cavab vermişəm. Hazırlaşıram ki, biologiyadan yeni bir nəzəriyyə göndərəm. Bu nəzəriyyəm həyatın əmələ gəlməsi haqqındadır. Çünki bu günə qədər biologiyada həyatın əmələ gəlməsi haqqında hamı tərəfindən qəbul edilmiş və ciddi elmi dayağı olan bir nəzəriyyə yoxdur. Mən tamamilə yeni bir nəzəriyyə irəli sürmüşəm. Orada ilkin olaraq amin turşularının sintezini təbiətdə sübut etməliyəm. Açığını deyim ki, bu nəzəriyyənin hər hansı bir tənqidə məruz qalacağı bir tərəf yoxdur. Sadəcə olaraq başım bir qədər siyasətə qarışıb. İndi də müharibə ortaya düşüb. Hazırda kitab üzərində çalışıram. Həmin nəzəriyyə ilə bağlı rəylər də almışam. Sadəcə olaraq həmin nəzəriyyəni Nobel Komitəsinə göndərmək məsələsi qalır. Yəqin ki, əgər yayda vaxtım olarsa, biologiyadan olan bu nəzəriyyəni Nobel Komitəsinə göndərəcəyəm. Sübut olunsa ki, həyatın əmələ gəlməsi belə baş verib, o zaman təbii ki, mən yüz faiz “Nobel” alacağam”.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)














.jpg)
.jpg)





