Qırmızı.az
Oğlu Elçibəyin ev muzeyindən danışdı: Heç kim atamla bağlı nəsə gətirmir...
“Atamın təmir olunan evində ev muzeyi açmağı düşünürük. Bununla bağlı hələlik hər hansı bir yenilik yoxdur. Hələ ki, atamla bağlı eksponatları, onun əşyalarını toplayırıq. Bacımın Türkiyədən gəlməyini gözləyirik. Bacım gələndən sonra bu işləri onunla birlikdə həyata keçirəcəyik”.
Bunu Publika.az-a açıqlamasından Azərbaycanın eks-prezidenti Əbülfəz Əliyevin (Elçibəy) oğlu Ərturqut Əliyev deyib.
Onun sözlərinə görə, həmin muzeydə Əbülfəz Elçibəyin avtomobili də sərgilənəcək:
“Avtomobili təmir etdirmişəm, hazırda qarajdadır. Ev muzeyini açmaq üçün çox şey lazımdır. Atamın geyimləri onsuz da evdədir. Heç birinə əl vurulmayıb. Hazırda kitablarını, çıxışlarından, danışdıqlarından ibarət videoları toplayırıq. Bunları əsasən dostlarından, tanışlarından və qohumlarımızdan əldə edirik. Heç kim atamla bağlı nəsə gətirmir, gedib özümüz alırıq. Bu vaxta qədər minə yaxın eksponat, video-görüntü və Elçibəylə bağlı digər əşyaları toplaya bilmişik”.
Ərturqut Əliyev bacısı, İstanbul Universiteti Tarix bölümünün doktorantı Çilənay Səmədbəylinin atası haqqında yazdığı kitabdan da danışıb:
“Kitabı hələ oxumamışam, ona görə də hər hansı bir fikir deyə bilmərəm. “Əbülfəz Elçibəy – Həyatı və siyasi mübarizəsi” adlı bir kitabdır. Bu kitabı digərlərindən fərqləndirən odur ki, atamla bağlı qələmə alınan bütün kitablar onun siyasi həyatından bəhs edir. Amma bu kitab onun şəxsi həyatını anladır. Hələ çap olunmamışdan əvvəl bilirdim ki, bacım atamın həyatından bəhs edən kitab yazır”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)