Qırmızı.az
Azərbaycanda bu qədər xəstə böyrək transplantasiyası gözləyir
Azərbaycanda bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Xüsusilə icbari tibbi sığorta əhali arasında böyük tələfat verən xəstəliklərin müalicəsinə yönəlməlidir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, ola bilər ki, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə vəsaiti bütün xəstəlikləri əhatə etməyə imkan verməsin, ancaq zamanla vəsaitlər artacaq və dövlət büdcəsindən, digər mənbələrdən vəsaitlər daxil olur.
“Bu gün minlərlə insan orqan transplantasiyası gözləyir. Biz bununla bağlı qanun qəbul etdik, bu istiqamətdə işlər davam edir. 1700-dən artıq xəstə böyrək transplantasiyası gözləyir”, - deyə Ə.Əmiraslanov əlavə edib.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı


































