Qırmızı.az
Nazirlik yararsız məhsulları satışdan çıxardı
Yararsız məhsullar satışdan çıxarılıb. Publika.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində 2-ci mikrorayon, N.Nərimanov küçəsi 46/42 ünvanında Əziz Məmmədova məxsus mağazada; Şamaxı şəhərində - S.Bəhlulzadə küçəsində Rəşad Osmanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması aşkar edilərək satışdan çıxarılıb.
Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 ünvanında Nizami Niyazova məxsus mağazada; Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi, 17 ünvanında Kamalə Müzəffərovaya məxsus mağazada; Nəsimi rayonunda F.Qasımzadə küçəsi, 1 ünvanında Rüstəm Rüstəmova məxsus mağazada; o cümlədən, Sumqayıt şəhərində 47-ci məhəllə, Koroğlu prospektində Yadulla Paşayevə məxsus “Ülvi” şadlıq evində; 45-ci məhəllə, H.Əliyev prospekti, 5/81 ünvanında Azad Cabbarova məxsus mağazada da yararsız məhsullar aşkar edilib.
Gəncə şəhərində H.Əliyev prospekti ilə Dədə Qorqud küçəsinin
kəsişməsində Səyyarə Kazımovaya məxsus yeməkxanada normativ-texniki
sənədlərin tələblərinə uyğun olmayan malların; Bakının Binəqədi
rayonunda Yeni yaşayış sahəsində Səbuhi Rüstəmova məxsus mağazada;
Nəsimi rayonunda M.Qaşqay küçəsi, 41/16 ünvanında Emin Vəliyevə
məxsus mağazada; Gəncə şəhərində 4-cü mikrorayon, M.Xələfov
küçəsində Şəmil Əliyevə məxsus mağazada və Hərbi şəhərcik, 83
ünvanında Nigar Salmanovaya məxsus mağazada; Ağcabədi şəhərində
Ü.Hacıbəyli küçəsində Mehman Mehralıyevə məxsus mağazada; F.Əlizadə
küçəsində Gündüz Talıbova məxsus mağazada, Xaçmaz şəhərində
N.Nərimanov küçəsində Vüsal Quliyevə məxsus mağazada saxlama
müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Nazirlik bildirir ki, qanun pozuntusuna yol vermiş şəxslər
barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların
satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli
telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin
195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Gülnar
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...