Qırmızı.az
Abşeron məktəblərində “Son zəng” tədbirləri keçirildi - FOTO
Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Publika.az xəbər verir ki, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər və valideynlər iştirak ediblər.
A. Fərzəliyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibətilə təbrik edib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə orta məktəb tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb”.
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar təqdim edilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi şəhid Kamran Quluzadənin oğlu Ümid Quluzadə tərəfindən çalınıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
