Qırmızı.az
Elmə ayrılan vəsait 15 faiz az xərclənib... - Maliyə naziri
“2021-ci il ölkənin iqtisadi inkişafı baxımından uğurlu olub. 2020-ci ildə ölkəmiz resurslarını işğala son qoyan Vətən müharibəsində qələbə qazanmasına həsr edib. Eyni zamanda 2020-ci ildə resurslarımız pandemiyanın fəsadlarının qarşısını almağa yönəldilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının mənfi məcradan müsbət artıma dönüşü təmin edilib. Dövlət büdcəsi qarşısında qoyulan məqsədlər təmin edilib”.
Publika.az">Publika.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi haqqında danışarkən deyib.
Nazir bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində qanun layihəsi və hesabat müzakirə edilib: “Bu müzakirələr aidiyyətli dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Həmin qurumların nümayəndələri tərəfindən deputatların sualları cavabandırılıb. Sözsüz ki, müəyyən məsələlər var və müzakirələr zamanı qaldırılır. Hökumət tərəfindən bu məsələlərin qeydiyyatı aparılır, qaldırılan məsələlər təhlil olunur və növbəti dövlət büdcələrində və proqnozlarında əksini tapır”.
Nazir deyib ki, 2021-ci ilin iqtisadi mənzərəyə baxdıqda əsas məqam ölkə itisadiyyatında artımın olmasıdır: “İqtisadi artıma qayıdış təmin edilib. Gəlirlərimiz artıb. İndi beynəlxalq ticarət konyukturası neftin bahalaşmasına təsir edib. Bunlar müsbət haldır. Dövlət Neft Fondunda valiyyə ehtiyatları artıb. Eyni zamanda xarici dövlət borcumuz azalıb. Xərclərimizin sosial yönümü qorunub”.
Samir Şərifov bəzi deputatların büdcədə nəzərdə tutulan xərclərin icra edilməməsinə dair fikirlərini də qiymətəndirib: “Sənəddə xərclərin icra edilməməsilə bağlı izahedici arayışlar da təqdim edilib. 2020-ci il üzrə elmə ayrılan vəsait 15 faiz az xərclənib. Burada əsas səbəb kimi AMEA strukturunda olan dəyişikliklərdir. Bu xərclərin tam icra edilməməsi struktur problemlərilə bağlıdır. Problemlər öz həllini tapdıqca bu sahədə dövlət büdcəsinin xərclərinin səmərəli istifadəsinin şahidi olacağıq”.
Samir Şərifov xatırladıb ki, dövlət büdcəsindən müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait tam təmin edilib.
Sonda nazir deputatları qanun layihəsini dəstəkləməyə çağırıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)
























.jpg)

.jpg)