Qırmızı.az
Taxıldan “silah” kimi istifadə etmə! - Ağ Ev-dən Moskvaya REAKSİYA
ABŞ Kənd Təsərrüfatı Naziri Vilsack Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında təşkil edilən mətbuat konfransında Covid-19 pandemiyası və tədarük zəncirindəki problemlər, iqlim dəyişikliyi və nəhayət, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin yaratdığı qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığın artmasına diqqət çəkib.
Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
ABŞ-ın taxıl istehsalını artıracağını, gübrə istifadəsi və istehsalına 500 milyon dollar sərmayə qoymağı planlaşdırdığını bildirən Vilsak, ölkələrin taxıl ehtiyatları ilə bağlı dəqiq mənzərənin olmamasının ərzaq qiymətlərinin artmasına səbəb olduğunu bildirib.
ABŞ-ın qida və gübrəyə sanksiya tətbiq etmədiyini bildirən Vilsak Rusiyanı Ukrayna taxılından “silah” kimi istifadə etməməyə, limanları açmağa və müharibəni bitirməyə çağırıb.
Ukraynadakı müharibə səbəbindən limanlarda 20 milyon ton taxıl saxlandığını qeyd edən Vilsak, Yaxın Şərq və Şimali Afrikada baş verə biləcək aclığın bölgədə qeyri-sabitliyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ukrayna taxılının Qara dəniz üzərindən ixracı ilə bağlı BMT-nin planı üzərində ciddi danışıqlar aparıldığını bildirən Vilsak əlavə edib ki, Türkiyə rəsmiləri danışıqları ciddi aparır və Rusiyadan da eyni ciddiliyi gözləyirlər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)
























.jpg)

.jpg)