İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunur - DEPUTAT
Bizi izləyin

Qırmızı.az

İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunur - DEPUTAT

“Sovetlər dövründə 70 il dininizə, inaclarımıza qarşı siyasət yürüdülsə də, İslam dəyərlərimizə bağlılığımızı xalqımızın ruhundan ayıra bilmədi. Düzdür, məscidlər bağlanmışdı, açıq şəkildə ibadətlər qadağan olunmuşdu, amma insanların qəlbində Allaha bağlılıq həmişə olub. İndi isə dini dəyərlərə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, müstəqilliyimizə qovuşanda Azərbaycanın rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev də İslam dininə bağlılığını, inanca hörmətlə yanaşdığını açıq şəkildə ifadə edib: “Dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider ailə üzvüləri ilə birlikdə Məkkəyə həcc ziyarətinə gedərək ölkəmizin gələcəyi üçün dualarını edib. Bu gün artıq torpaqlarımız azad olunub və ölkəmiz sözün əsl mənasında öz müstəqilliyinə qovuşub. Dinimizə bağlılıq və məscidlərə xüsusi diqqətlə yanaşılması Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman yüksək hörmət və ehtiramla ifadə olunur. Bu gün ölkəmizdə iki minə yaxın məscid fəaliyyət göstərir ki, bu məscidlərin yenidən qurulması üçün dövlət başçımız sərəncamlar imzalayıb, büdcədən vəsait ayrılıb. Yeni tikilən məscidlərin açılışlarında Prezident İlham Əliyevlə Mehriban xanım Əliyeva bir yerdə iştirak ediblər. Məscidlərin yenidən qurulmasında Heydər Əliyev Fondu da hər zaman yaxından iştirak edib. İşğaldan azad etdiyimiz ərazilərdəki 67 məscid erməni vandalları tərəfindən dağıdılıb, təhqir olunub. Amma cənab Prezident və Mehriban xanım o dağılmış məscidlərə daxil olanda İslam dininin qaydalarına yüksək səviyyədə riayət edib, yenidən qurularaq bərpası üçün tapşırıqlarını verib. Mehriban xanım tərəfindən işğaldan azad olunmuş ərazilərdəki məscidlərə müqəddəs Quran kitabı hədiyyə edilib. Bu gün Şuşa şəhərindəki üç məscid məhz Heydər Əliyev Fondu tərəfindən bərpa edilir”.

A.Badamov vurğulayıb ki, ölkəmizdə dini kadrların hazırlanması üçün dövlət başçımızın sərəncamı ilə İlahiyyət İnstitutu inşa edilərək cari ilin aprel ayında istifadəyə verildi: “Bu institutda dini biliklərə yiyələnmiş mütəxəsislər hazırlanır ki, bu da ümumən ölkədə İslam əxlaqının formalaşmasına xidmət edəcəkdir. Təbii ki, dövlət başçımızın dinimizə və Allaha bağlılığı digər dinlərə də hörmətlə yanaşmasında özünü göstərir. Ölkəmiz dinlərin və konfessiyaların müxtəlifliyi ilə seçilir. Məhz bütün dinlərə hörmətlə, tolerant yanaşmağımızın göstəricisidir ki, ölkə ərazisindəki kilsələr, sineqoqlar da dövlət vəsaitilə bərpa olunaraq mömünlərin istifadəsinə verilib. Həm də bütün dinlərin və konfessiyaların fəaliyyəti üçün prezidentin ehtiyat fondundan müətəmadi şəkildə maliyyə vəsaitləri ayrılır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm