Qırmızı.az
ANAMA-nın minaya düşən əməkdaşları evə buraxıldı
Mina hadisəsindən sonra profilaktik müayinədən keçirilən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları evə buraxılıb.
Bu barədə Publika.az">Publika.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan bir neçə ANAMA əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, onlara psixoloji dəstək göstərilib.
Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən Quliyev Ələsgər Asif oğlu və Cəbrayıllı Fərid Zakir oğlu, eləcə də Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mustafayev Mahir Hüsaməddin oğlu və Gözəlov Samir Arif oğlu bütün zəruri tibbi müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən əməkdaşların sağlıq vəziyyəti hər zaman ANAMA-nın diqqət mərkəzindədir.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq











.jpg)
























