Qırmızı.az
Bu, nə insanlığa sığır, nə də mənəvi dəyərlərimizə - Deputatdan SƏRT REAKSİYA
“Tovuz rayonunda şəhid Ceyhun İsmayılovun məzarının üstündə ev tikilməsi faktı nə insanlığa sığır, nə də dinimiz belə bir şeyi qəbul edir. Məsələ ilə bağlı şəkillər sosial şəbəkələrdə, mediada yayılıb və müzakirələrə səbəb olub. Bu, bilavasitə bizim milli-mənəvi dəyərlərimizə zidd, şəhidlərimizin ruhuna hörmətsizlikdir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
src="/storage/files/upload/e537c7cf5388e952396b5f6d7ac704816a8540c4.jpg" style="width: 390px; height: 292.5px;" class="fr-fic fr-dib fr-fil">Deputat bildirib ki, cənab Prezident bütün çıxışlarında şəhidlərin üstünlüyündən, onların Vətən müharibəsində qələbəmizdəki oynadıqları roldan danışır: “Azərbaycan xalqının 44 günlük savaşdakı şücaəti danılmazdır. Sadaladığım halların fonunda bu kimi addımın atılması bütün hallarda xalqımıza, dövlətimizə qarşı hörmətsizlik, dini baxımdan da qəbuledilməzdir. Şəhidlik dində ən uca məqam sayılır. Şəhidə qarşı hər bir xalq ən yüksək diqqət və qayğını göstərməlidir”.
C.Məmmədovun sözlərinə görə, Allah-Təala İslamın müqəddəs kitabı sayılan Qurani-Kərimdə buyurur ki, şəhidlər ölməyib, onlar diridir, ancaq siz bunu hiss etmirsiniz: “Ona görə bu kimi məsələlərdə bizim hər birimiz və dövlət qurumlarımız maksimum dərəcədə diqqətli olmalıyıq. Bu, çox həssas və insanları incidən məsələdir. Ona görə də hər kəs birmənalı şəkildə bu cür hadisələr qarşısında ehtiyatlı davranmalıdır”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


