Qırmızı.az
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə “Elektron prokurorluq” informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçirib.
Bu barədə Publika.az">Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluq orqanlarına olan inam və etimadının təcəssümü olaraq prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılmasına dair 7 may 2021-ci il tarixli fərmanın icrası ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələrə dair ətraflı məlumat verib.
Bundan sonra ilkin mərhələdə informasiya sistemində tətbiqi nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müəyyən edilən modulların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlmiş funksiyalar diqqətə çatdırılıb.
Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin “Elektron Hökumət” portalına və “Elektron Məhkəmə” informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Əməliyyat müşavirəsinin sonunda Baş prokuror tərəfindən cari ilin 28 aprel tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verən yanğının səbəblərinin araşdırılmasında fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi üzrə müvafiq əmrlə təltif olunan prokurorluq işçilərinə medal və döş nişanları təqdim edilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)

























.jpg)

.jpg)