Qırmızı.az
Neftin qiyməti proqnozu 2 dəfədən çox üstələyib – Nazir
2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub və ya dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən çox üstələyib.
Publika.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, 2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır: “Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülüb".
"Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım sürəti 5,5 faiz proqnozlaşdırılır”, - deyə nazir bildirib.
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü


































.jpg)
