Qırmızı.az
Tarixi abidədə qanunsuz qazıntı işləri aparanlar saxlanıldı
Şəkidə tarixi abidədə qanunsuz qazıntı işləri aparan şəxslər müəyyənləşib.
Bu barədə Publika.az">Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, iyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədənlərin rayon sakinləri-Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki,qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)

























.jpg)

.jpg)